"Böyük şəhərdə seks" () — 2008 – ci il, ABŞ istehsalı olan HBO telekanalında yayımlanan eyni adlı serialın (serial Kendeys Buşnellin eyniadlı romanının motivləri əsasında çəkilib) film adaptasiyası olan romantik komediya filmi. Film dörd rəfiqə – Kerri Bredşou (Sara Cesika Parker), Samanta Cons (Kim Ketrall), Şarlotta York Qoldenblatt (Kristin Devis) və Miranda Hobbsun (Sintia Nikson) həyatından, Nyu-York şəhərində onların başına gələn əhvalatlardan bəhs edir. Filmdə tez-tez insanlar arasında qarşılıqlı münasibətlər, romantika və cinsəllik açıq şəkildə müzakirə edilir.
Filmin dünya premyerası 28 may, 2008 – ci ildə Londonda, Leyster Meydanında keçirilmiş, ABŞ-də isə 30 may, 2008 – ci ildə təqdim edilmişdir. Filmin davamı olan Böyük şəhərə seks 2 filmi isə 2010 – cu ildə satışa çıxarılmışdır.
Məzmunu
Film dörd gənc qadının həyatından, böyük şəhərdə – Nyu-Yorkda başlarına gələn hadisələrdən bəhs edir. Həmin dörd qadından ikisi Şarlotta və Miranda ailəlidir. Kerri isə subay olsa da Con Ceymslə məhəbbət macərası yaşamaqdadır. Dördüncü qadın Samanta isə ciddi münasibətlərə qarşı çıxaraq vaxtını müxtəlif gənc oğlanlarla birgə, əylənərək keçirir. Filmdə hadisələr Con və Kerrinin birgə yaşamaq üçün ev axtarmaları ilə başlayır və onlar şəhərin mərkəzində çox baha qiymətə ev tuturlar. Con isə Kerriyə evdə onun üçün böyük qarderob hazırlatmağa söz verir. Çünki rəfiqələr dördü də yaşıdları olan digər qadınlardan dəbə olan böyük maraqları ilə seçilirlər. Rəfiqələr şəhərdə keçirilən zinət əşyaları sərgisində iştirak edirlər və Samanta bu sərgidə böyük brilyant üzük bəyənərək onu almağı qət edir. Lakin keçirilən satışda kimsə daha çox pul təklif edərək Samantanın bəyəndiyi üzüyü əldə edir. Tezliklə Kerri və Con münasibətlərini rəsmiləşdirmək və toy etmək qərarına gəlirlər. Toy qabağı isə Kerriyə "Vogue" jurnalı üçün gəlinlik paltarında fotosessiya etməyi təklif edirlər. Fotosessiyda iştirak edən şirkətlərdən biri isə paltarını toy üçün Kerriyə hədiyyə edir.
Digər tərəfdə Mirandanın öz həyat yoldaşı Stiv Bredi ilə müəyyən problemlər yaşamaları və cinsi həyatlarının qaydasında olmaması, bunun isə bütün həyatlarına pis təsir etməsi bəlli olur. Miranda bunu rəfiqələri ilə müzakirə edir və həyatlarında anormallıq olduğunu qət edir. Evə dönən Kerri isə sürprizlə üzləşir və Conun onun üçün romantik şam yeməyi hazırladığını görür. Sabahısı gün isə artıq uzun müddət Samantanın bir yerdə yaşadığı gənc və yaraşıqlı aktyor Smit ona sürpriz edir. Məlum olur ki, Samantanın sərgidə bəyəndiyi üzüyü onun sevgilisinin sifarişi ilə tanışı olan bir xanım alıbmış və Smit üzüyü Samantaya hədiyyə edir. Bu arada Con Kerriyə söz verdiyi böyük qarderobu hazırladır. Rəfiqələri Kerriyə köhnə evindən paltarları seçərək yeni evdəki qarderoba daşımağa kömək edirlər.
Bayram ərəfəsində Şarlottanın yenidən hamilə olması məlum olur və bu həmin ailənin xoşbəxtliyini artırır. Rəfiqələr isə Nyu-Yorkda keçirilən ənənəvi dəb həftəsinə qatılırlar və bu onların əhval ruhiyyəsinin əvvəlki kimi yüksəlməsini stimullaşdırır. Lakin şam yeməyi zamanı Mirandanın Kerrinin toy mərasiminin pozulmasına özünün səbə olmasını etiraf etməsi rəfiqələrin münasibətlərinin pozulmasına səbəb olur.
Samanta isə sevgilisinə sürpriz etmək üçün suşi hazırlayaraq onu çılpaq bədəninə düür və sevgilisinin evə gəlməsini gözləyir. Lakin oğlan zəng edərək gec gələcəyini bildirir. Artıq bu vəziyyətin adət halı alması və Samantaya qarşı diqqətsizlik isə cütlüyün münasibətlərinin pozulmasına səbəb olur. Eyni dövrdə Miranda Stiv ilə birgə ailə psixoloqunun yanına müraciət edirlər. Bu faydalı olur və onların münasibətlərinin normallaşmasına gətirib çıxarır. Kerrinin köməkçisi Luisa isə evlərinə dönür və köhnə sevgilisi ilə münasiətlərini bərpa edir. Miranda isə qız dünyaya gətirir. Bu arada Kerri Conun göndərdiyi və Luisanın silmədən elektron poçt ünvanında saxladığı məktubları oxuyur, onların münasibətləri bərpa olunur.
Rollarda
Əsas obrazlar Sara Cesika Parker – Kerri Bredşou Kim Ketrall – Samanta Cons Kristin Devis – Şarlotta York Qoldenblatt Sintia Nikson – Miranda Hobbs Kris Nots – Con Ceyms "Mr. Big" Preston Ceniffer Hadson – Luisa, Kerrinin köməkçisi Devid Eygenberq – Stiv Bredi Ceyson Lyuis – Smit Cerrod
Köməkçi obrazlar
Evan Handler – Harri Qoldenblatt Uili Qarson – Stanford Blaç Mario Kanton – Entoni Marantino Linn Koen – Maqda Kendis Bergen – Enid Frik Anre Leon Talli – Vogue jurnalının idarəçisi Cozef Pupo – Breddi Hobbs (Miranda və Stivin oğlu) Gils Marini – Dante Monika Meyhem – Dantenin birinci sevgilisi Culi Halston – Bitsi von Mafflinq
İstehsal
İnkişaf
2004 – cü iin fevralında Böyük şəhərdə seks serialının çəkilişlərinin tamamlanmasından sonra artıq fikirlər var idi ki, çəkiləcək film serialın motivləri əsasında olacaq. HBO elan etmişdi ki, Maykl Patrik Kinq özünün rejissorluğunu edəcəyi filmin ssenarisi üzərində işləyir. Bir il sonra Kim Ketrall filmin ssenarisinin hazırlanmasının və çəkilişlərin başlamasıın gecikməsi səbəbiylə layihədə iştirakdan imtina edərək, digər təklifləri dəyərləndirəcəyini açıqlamışdır. Nəticədə filmin ərsəyə gətirilməsi işləri sürətləndirilmiş və bütün yaradıcı heyət tezliklə çəkilişlərin başlaması üçün çalışmışdır.
2007-ci ilin ortalarında, yenidən filmin çəkilişlərinin başlanması haqqında xəbər verilmişdi. Ketrallın xəbərdarlığından sonra, heyət serialın motivlərinə üstünlük vermişdi. Lakin 2007 – ci ilin mayında HBO – nun filmi maliyyələşdirmək üçün kifayət qəər imkanı olmaması səbəbiylə çəkilişlər dayandırılmışdı. Bu hadisə "Time Warner family"nin (HBO-nun sahibi) nüfuzunu aşağı salmış və filmin "New Line Cinema" ilə birgə istehsal edilməsi qərara alınmışdır.
2007 – ci ilin fevralında filmin serialda baş rol oynayan hər dörd aktrisanın iştirakı ilə Maykl Patrik Kinqin rejissorluğu altında çəkiləcəyi rəsmən elan edilmişdir."Sex and the City" Sequel: SJP & Co. Make It Official! , E! Online, February 5, 2009
Çəkiliş
Filmin böyük bir hissəsi 2007 – ci ilin sentyabr – dekabr aylarında Nyu-Yorkda çəkilmişdir. Çəkiliş məkanlarına eyni zamanda Manhetten ətrafında bəzi ərzilər, "Steiner Studios" və "Silvercup Studios"un çəkiliş məkanları da daxil idi. Çəkiliş prosesləri tez-tez paparazilərin, təhlükəsizlik qüvvələri və ərazidə vəzifəli olan polislərin gözündən yayına bilən izləyicilərin müdaxiləsi ilə yarımçıq dayandırılırdı. Filmin üzərində işləyən işçi qrup mümkün qədər filmin məzmununu gizli saxlamağa çalışır, buna görə də çəkiliş proseslərinin məxfiliyini təmin etməyə cəhd edirdilər.
Kostyumlar
Serialda dəb mövzunun əsas aparıcı hissəsi idi və filmdə də bu ənənə saxlanılmışdır. Filmin gedişatı dövründə 300 dəstdən artıq paltardan istifadə edilmişdir. Serialda kostyum dizaynı vəzifəsini öhtəsinə götürmüş Fatrisia Fild filmdə də bu işlə məşğul olmuşdur. Fild qeyd edir ki, ilk öncə maddi və yaradıcılıq əhəmiyyətini nəzərə alaraq filmdə bu vəzifəni üstələnmək məsələsində qərarsız olmuşdur. Fild məhz 1998 – 2004 – cü illər ərzində günbəgün dəyişən dəb dəyərlərini serialda tətbiq etməklə böyük məşhurluq əldə etmişdi.
Serialda dəb mövzunun əsas aparıcı hissəsi idi və filmdə də bu ənənə saxlanılmışdır. Filmin gedişatı dövründə 300 dəstdən artıq paltardan istifadə edilmişdir. Serialda kostyum dizaynı vəzifəsini öhtəsinə götürmüş Fatrisia Fild filmdə də bu işlə məşğul olmuşdur. Fild qeyd edir ki, ilk öncə maddi və yaradıcılıq əhəmiyyətini nəzərə alaraq filmdə bu vəzifəni üstələnmək məsələsində qərarsız olmuşdur. Fild məhz 1998 – 2004 – cü illər ərzində günbəgün dəyişən dəb dəyərlərini serialda tətbiq etməklə böyük məşhurluq əldə etmişdi.
Obrazlar üçün kostyumların seçilməsi zamanı Fild illər ərzində onlar üçün formalaşdırdığı geyim xüsusiyyətlərini bir kənara qoyaraq, hər obrazın individual xarakterini yenidən işləmək qərarı vermişdir. Samantanın kostyumlarının hazırlanmasında Amerika TV operası "Dynasty"dən, Şarlottanın kostyumlarının hazırlanmasında isə Jaklin Kennedidən ilham alınmışdır. Fildə görə, dəb baxımından Miranda obrazı serialla müqayisədə xeyli inkişaf etdirilmişdir. Bu həmin rolu canlandıran aktrisa Sintia Niksonun şəxsi təşəbbüslərinin nəticəsi olmuşdur.
İkonik və cazibədar gəlinlik donu Vivian Vestvud tərəfindən hazırlanmışdır. Kerri ətrafındakı mini ətəkli qızların təsiri il, filmdə artıq bir neçə səhnədə mini ətəkdə görünməkdədir. Kerrinin köməkçisi, Luisa, "Bag Borrow" və "Steal"-dən olan əl çantalarını kirayəyə götürür. Filmdəki Vivian Vestvud şlyapaları əslində Prudens millineri tərəfindən hazırlanmışdır. Filmdə H. Sternin kolleksiyasından 300-dən artıq zinət əşyasından istifadə edilmişdir. Kostyumlardan bəziləri yüksək keyfiyyətli dizayner Gilles Montezinin kolleksiyalarından seçilmişdir.
Musiqi
Film musiqisi
Filmin musiqiləri 27 may, 2008 – ci il tarixində New Line Records tərəfindən albom kimi satışa çıxarılmışdır. Film musiqiləri arasında Förci və Cennifer Hadsonun (eyni zamanda filmdə Kerrinin köməkçisi rolunu canlandırır) yeni mahnıları da olmuşdur.
Albom "Billboard"da ikinci yerdə debüt etmişdir və bu 2005 – ci ildə "Zəngin ol və ya öl" filminin musiqi albomunun göstərdiyi nəticədən sonra ən yüksək nəticə idi.Hasty, Katie (2008-06-04). Usher Scores Second Best Sales Debut of '08 . Billboard. Retrieved on 2008-06-14 Albom eyni zamanda "UK Albums Chart"da altncı yerdə debüt edərək, 55.000 – dən artıq nüsxə ilə satılmışdır.
Filmin ikinci musiqi albomu – Sex and the City: Volume 2, 23 sentyabr 2008 – ci ildə, filmin DVD versiyası ilə eyni vaxtda satışa çıxarılmışdır. Alboma Britaniya müğənniləri Estelle, Kreiq Devid, Mutya Buena və Emi Vaynhauzun filmdə istifadə edilmiş mahnıları daxil edilmişdir. Eyni zamanda Cenet Cekson, Siara və Eliya Kellinin mahnılarına da albomda yer verilmişdir.
Orkestral versiya
2008 – ci ilin dekabr ayında filmin musiqilərinin orkestral versiyalarından ibarət albom işıq üzü görmüşdür. "Sex And The City – The Score" adlanan həmin alboma on səkkiz parça daxil edilmişdir ki, onların da original musiqi tərtibatı saxlanılmaqla orkstral versiyası Aaron Ziqman tərəfindən işlənmişdir. Lakin musiqilərin orkestral versiyası işlənərkən onlar ilkin səslənmələrini o qədər itirdilər ki, ilkin dinləmə zamanı onların hansı mahnı olmasını müəyyənləşdirmək çətinlik törədə bilərdi. Məh bu səbəbdən də musiqilərin orkestral versiyasına, arada musiqilərin filmdə istifadə olunmuş orijinal səslənməsindən qısa parçalar daxil edilmişdi.
Premyerası
Filmin dünya premyerası bazar ertəsi, 12 may 2008 – ci ildə Londonun Leyster meydanında 1700 iştirakçının qatılımı ilə həyata keçirilmişdir. Növbəti təqdimat mərasimi isə 15 may tarixində Berlin şəhərində, Potsdamer Platzdakı Sony mərkəzində həyata keçirilmişdir. Filmin Nyu-York premyerası isə 27 may, 2008 – ci il tarixində "Radio City Music Hall"da həyata keçirilmişdir.
Təqdimat
Gəlir
Film böyük maddi uğur əldə etmişdir. İlk baxış günü təkcə ABŞ və Kanadadan 3.285 kinoteatrdan $26.93 milyon gəlir gətirmişdir. İlk üç gündə isə yalnız həmin iki ölkədən əldə edilmiş gəlir $57,038,404 olmuşdur. Film komediya, romantik komediya və qadın filmləri arasında ilk gündə gəlirin miqdarına görə rekorda imza atmışdır. 2010 – cu ilin mart ayının nəticələrinə görə filmin ABŞ və Kanadada satışdan əldə ediyi gəlir $152,647,258, digər gəlirləri $262,605,528, ümumi dünya gəliri isə $415,252,786 olmaqla 2008 – ci ilin ən gəlirli komediya filmi olmuşdur.
Tənqidçilərin mövqeyi
Film tənqidçilər tərəfindən müxtəlif rəylər almışdır. Film aqqreqatoru "Rotten Tomatoes" xəbər verir ki, tənqidçilərin 49% – i filmə müsbət rəy versələr də, qalan hissəsi " "Böyük şəhərdə seks"in böyük ekrana gətirilməsi ilə nüfuzunu itirdiyini" söyləsələr də, film fanatları xeyli həyəcanlandırmış və böyük süvgi qazanmışdır. "Metacritic" filmə 38 fikrə əsasən 100 % – lıq nəticədən 53% – lıq uğur kimi qiymət vermişlər.