Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri.
Haqqında Keçmiş SSRİ Ali Təhsil Nazirliyinin qərarına əsasən 1944-cü ildə birinci dəfə Azərbaycan Dövlət Universitetində coğrafiya ixtisası üzrə tələbə qəbulu aparıldı və geologiya-coğrafiya fakültəsi yaradıldı. 1945–1946-cı tədris ilindən fakültədə coğrafiya ixtisası üzrə azərbaycan və rus bölmələrinə tələbə qəbulu aparıldı. Aidiyyətli nazirliklərin və Azərbaycan Elmlər Akademiyası institutlarının kadr tələbatını nəzərə alaraq və fakültədə kartoqrafiya (1972-ci il), hidrometeorologiya (1973-cü il) və ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (1979-cu il) kafedraları yaradıldı. 1970-ci illərdən BDU geologiya-coğrafiya fakültəsində kartoqrafiya, hidrometeorologiya və ekologiya ixtisaslarına tələbə qəbul edildi.
İxtisas istiqamətlərinin genişlənməsi və kadr tələbatının artması 1991-ci ildə BDU-da sərbəst coğrafiya fakültəsi təşkil etməyə imkan verdi. 2007-ci ildə coğrafiya fakültəsində yeni və mühüm bir kafedra-"Azərbaycan coğrfiyası" kafedrası təşkil edildi. Beləliklə, hazırda coğrafiya fakültəsi kollektivi təbiət elmlərinin 5 sərbəst istiqaməti üzrə kadr hazırlığını və elmi araşdırmaları yerinə yetirir.
1991-ci ildə tələbələrin tədris təcrübəsini təşkil etmək üçün Altıağac təcrübə bazası yaradıldı və 2000-ci ildən həmin bazada böyük abadlıq işləri həyata keçirilməyə başlandı.
Kafedralar Fiziki coğrafiya İqtisadi və sosial coğrafiya Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm Hidrometeorologiya Geodeziya və kartoqrafiya
Təhsil Bakalavr Coğrafiya Coğrafiya müəllimliyi Hidrometeorologiya Geodeziya və xəritəçilik mühəndisliyi Turizm və otelçilik
Magistratura Coğrafiya ixtisası İqtisadi və sosial coğrafiya Landşaftşünaslıq Azərbaycanın fiziki coğrafiyası Geomorfologiya Azərbaycanın və onunla qonşu ölkələrin iqtisadi və sosial coğrafiya Ərazi planlaşdırılması və rayon plana alınması Dünyanın iqtisadi və sosial coğrafiyası Coğrafiya müəllimliyi Coğrafiyanın tədrisi metodikası və metodologiyası
Hidrometeorologiya Hidrologiya Su ehtiyatlarının inteqrasiyalı idarə olunması İqlimşünaslıq Geodeziya və xəritəçilik mühəndisliyi Tətbiqi geodeziya Xəritəçilik Turizm və otelçilik Otelçilik Turizm işi Beynəlxalq turizm və ölkəşünaslıq Sosial mədəni sahədə `xidmətlərin təşkili
İstinadlar
Kateqoriya:Coğrafiya təhsili