Mənim mübarizəm (orijinal adı: ) — Adolf Hitlerin həyatını, siyasi baxışını və milliyətçi-sosialist fikirlərini açıqladığı kitabı. Hitler uğursuz qiyam qaldırıb həbs ediləndə Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınmışdır. Kitab iki cilddədir. İlk cilddə, həyatını, siyasi baxışlarının dəyişilməsi yönümündə olan təsirləri, yəhudilər haqqındakı ilk fikirləri və bu fikirlərin hansı yöndə, necə inkişaf etdiyini, niyə bu fikirlərin əmələ gəldiyini, müharibə xatirələri də daxil olmaqla şəxsi xatirələrini və dövrünün sosial-siyasi bünövrəsini incələmişdir.
İkinci cild isə NSDAP-ın partiya proqramı və ideal dövlət quruluşu üzərinə yazılmış bir doktrina olmaqla birlikdə, həmçinin, Almaniyanın irəlidəki dövrlərinə dönük fikirlər bəyan edərkən, kiçik nəsihətlər verdiyi bir kitabıdır. Eyni zamanda "Mənim mübarizəm", Hitler tərəfindən Pivə qiyamında (9 noyabr 1923) həyatını itirmiş digər partiya üzvlərinə həsr edilmişdir. Bunlar; Alfarth Felix, Bauried Andreas, Casella Theodor, Faust Martin, Ehrlich Wilhelm, Hechenberger Ant, Korner Oskar, Khun Karl, Lefore Karl və Neubauer Kurtdur. İstinadlar
Kateqoriya:1925-ci ilin kitabları Kateqoriya:Alman dilində kitablar Kateqoriya:Adolf Hitler Kateqoriya:1920-ci illərin kitabları Kateqoriya:1924 Kateqoriya:1925-ci ildə nəşr edilən ədəbi əsərlər Kateqoriya:1925-ci ildə siyasət Kateqoriya:1926-cı ildə siyasət Kateqoriya:Alman dilində ədəbi əsərlər Kateqoriya:Almaniyada antisemitizm Kateqoriya:Antislavyanizm Kateqoriya:Holokost Kateqoriya:İmperializm Kateqoriya:İnkarçılıq Kateqoriya:Konspirasiya nəzəriyyələri Kateqoriya:Memuarlar Kateqoriya:Nasist terminologiyası Kateqoriya:Publisistika Kateqoriya:Senzura Kateqoriya:Siyasi ədəbiyyat Kateqoriya:Siyasi kitablar Kateqoriya:Siyasi manifestlər Kateqoriya:Totalitarizm haqqında əsərlər Kateqoriya:Veymar Respublikası Kateqoriya:Rusofobiya Kateqoriya:Xristianlığı tənqid edən kitablar