IV Henrix (; ) — Fransa kralı. IV Henrix Fransada dini müharibələrdən qalib çıxan, quqenotların başıçsı, 1572-ci ildən etibarən Navarra kralı 1589-cu ildən etibarən isə Fransa kralı olmuşdur. Burbonların banisi hesab olunur. IV Henrinin taxta olan hüquqları ölümcül yaralanmış halda öz tərəfdaşlarına Navarra monarxına sadiq qalmağı əmr etmiş III Henri tərəfindən təstiqlənmişdi, lakin yalnız uzunmüddətli mübarizədən onra o, Fransa kralı ola bilmişdi. Öz rəqiblərini zərərsizləşdirmək üçün, Navarralı IV Henrix 1593-cü ilin 25 iyul tarixində katolikliyi qəbul etdi və artıq 1594-cü ilin 22 mart tarixində Parisə kral kimi daxil olmuşdur.На самом деле эта, весьма точно характеризующая ситуацию, фраза встречается в анонимном литературном произведении 1622 г. "Les Caquets de l'accouchée" — "Пересуды", в котором её произносит герцог Сюлли в ответ Генриху IV на вопрос, почему он не ходит к мессе так же часто, как король. Посмотреть фрагмент произведения можно здесь 1595-ci ildə roma papası IV Henrini kilsədən ayrılmasını və kafir elan olunması təhlükəsindən qorumuşdur. Məzhəblərarası mübarizələrə son qoymaq üçün IV Henrix 1598-ci ilin 13 aprelində protestantlara etiqad azadlığı bəxş edən Nant razılaşmasıını imzaladı, yalnız bundan sonra Hugenot müharibələri bitmişdir.
1610-cu ilin mayında katolik Fransua Ravalyakom tərəfindən Parisdə qətlə yetirilmişdir. 1610-cu ilin iyulun birində krallıq abbatlığı olan Sen-Denidə dəfn edilmişdir. Yetkinlik yaşına çatmamış 9 yaşlı oğlu XIII Lüdovikin əvəzinə hakimiyyətə bir müddətlik arvadı Mariya Mediçi gəlmişdir.
Uşaqlıq və gənclik dövrü IV Henrix ana tərəfindən olan babası Henrix de Albrenin qəsri Poda anadan olmuşdu.La Croix, 175 Rəvayətə görə doğulduqdan sonra baba nəvəni qucağına almış, dodaqlarına sarımsaq sürtmüş və çaxır damızdırmışdır. Həmin vaxtlarda xəstəliklərin qarşısını almaq üçün bu adət geniş yayılmışdır.
Henrix uçaqlığını Karrazda keçirtmişdir. Karraz kiçik bir şəhər idi. Henrix Katolik kilsəsinin adətinə uyğun şəkildə xaç suyuna çəkilsə də kalvinizm prinsiplərinə sadiq olan anası Janna de Albre onu protestantlıq ruhunda tərbiyə etmişdir.
IX Karlın 1561-ci ildə yenidən taxta çıxması ilə Henrixin atası Antuan de Burbon onu Fransaya yaşıdı olduğu şahzadələrin yanına saraya gətirdi. Din seçimi onun valideynləri üçün mübahisə mövusu idi. Anası protestantlıq, atasi isə katoliklikdə təkid edirdilər..
Dini müharibələr zamanı Henrix Montarjedə hersoginya Renin himayəsində yaşayırdı. Protestant məzhəbinə qulluq edən Rene öz qəsrini dini bitərəflik yerinə çevirə bilmişdi. Müharibə vaxtı Henri sarayda qalırdı, daha sonra atasını itirdi. Bu zamanlar Henrix yeni bir müharibə olmasın deyə onu sarayda saxlayırdılar. O, Fransayla Navarra arasında sülhün təminatçısı kimi qaldırdı. Janna de Albre Yekaterina Mediçidən onun təhsil almasına və 1563-cü ildə Qieniyanın qubernator təyin edilməsində böyük rolu olmuşdur.
IV Henrix 1564-cü ildən 1566-cı illərdə IX Karlın Yekaterinə Mediçinin təkidi ilə təşkil etdiyi səyahətdə müşayiət edirdi. Səyahət kral ailəsini ilk dini müharibədə müflis olmuş Fransanın mövcud vəziyyəti ilə tanış etmək məqsədi daşıyırdı. Səyahət zamanı Henrix anası ilə görüşdü. 1567-ci ildə Janna de Alnbre onun Bearna qayıdmasınını təklif etdi.
1568-ci ildə Henrix ilk hərbi döyüşündə – III dini müharibədə iştirak etdi. Protestant admiral Qaspar de Kolinoinin başçılığı altında o, Juarn, Lya Roş labey və Monkonturne döyüşlərində iştirak etmişdi.
Navarra Kral dövrü
Anası Janna Dalbrenin 1572-ci ildə ölümündən sonra Henrix III Henrix adı altında Navarranın kralı oldu.Dupuy, Trevor N., Curt Johnson and David L. Bongard, The Harper Encyclopedia of Military Biography, (Castle Books, 1995), 326 1572-ci ilin avqustun 18 də Parisdə kral IX Karlın bacısı, həmçinin kraliçə Maqo adı ilə məşhur olmuş Marqarita Valois ilə evləndi."Margaret of Valois" in The New Encyclopædia Britannica (15th edition, Chicago, 1991) Anna Dalbrenin qarşı çıxdığı bu siyası evlilik katolik və protestantları barışdırmaq məqsədi güdürdü. Gənc evlilər müxtəlif məzhəblərə qulluq etdiklərindən evlilik Paris Məryəm Ana kilsəsində deyil, müqqədəs papertisi kilsəsində həyata keçirilmişdi.
Vəziyyət dini zəmində get-gedə gərginləşdirdi.Parisdə gərgin vəziyyət səbəbindən bir neçə gün sonra avqustun 24 də katoliklər tərəfindən protestantlara qarşı Varfolomey gecəsi adlanan müthiş qətliam hazırlanırdı.Knecht, pp. 51–2 ;Robert Jean Knecht in The French Religious Wars 1562–1598, Osprey Publishing, 2002, ISBN 1-84176-395-0Henry Chadwick (theologian)|Chadwick, H. & Evans, G. R. (1987), Atlas of the Christian Church, Macmillian, London, ISBN 0-333-44157-5 hardback, pp. 113; thumb|250px|right|1604-cü ildə türk dilinə tərcümə olunmuş sənəd. Sənəd Osmanlı imperiyası ilə Fransa imperiyası arasında imzalanan kaputilasiya müqaviləsidir. Sənədi Osmanlı İmperiyası tərəfindən I Əhməd Fransa tərfindən isə kral IV Henrix imzalamışdır.
Henrix cəmiyyətdəki təhlükəli vəziyyətdən katoliklərin mövqeylərini müdafiə etməklə çıxa bildi. Fransız sarayında bir müddət qalmalı oldu. O, kralın qardaşı Fransisk Alansoski ilə dostluq münasibəti qurdu və 1573-cü ilin La-Roşeli mühasirəsində iştirak etmişdi. 1574-cü ilin aprelində narazıların çevrillişləri adlı hakimiyyət çevrilişində iştirakda şübhəli bilinərək Alanson Vensen qəsrində zindana salınmışdılar. Daha sonra kral tərəfindən bağışlanılmış və sarayda qalmasına icazə verilmişdir.III Henrinin taxta qayıtması münasibətilə Reymsdə təşgil olunan tacqoyma mərasimində iştrak etmişdir.
IV Henrix Navarralı 3 il sarayda qalmışdır. 1576-cı ilin fevralın 5 də saraydan qaçır və tərəfdaşları ilə birləşmək qərarına gəlir..Dupuy, 326. O, yenidən protestantlığı qəbul edir. Navarralı Henrix fransa dövlət sarayı ilə yaxşı münasibətlərini qorumağa çalışırdi hətta, Qeniyada qubernator funksiyasını icra etmək hüququnu özündə saxlayırdı. 1577-ci ildə o 6-cı dini müharibədə iştirak etdi.
Bu andan etibarən Henrix onu dini riyakarlığda ittiham edən prostestantların etimadsızlığı ilə üzləşdi. O, kalvinizmin ən hörmətli nümayəndələrindən olan Bearndan çəkinirdi. Bununla belə, katoliklər də ona qarşı düşmənçilik münasbəti bəsləyirdi. 1576-cı ilin dekabrında IV Henrix oz şəhərində pusquya düşdü. Onu son anda xilas etmək mümkün olur. Qienadan idarə olunan paytaxt Bordo da isə Henrixi kral hesab etmirdi. Henrix qəsri yaxınlığında yerləşən Ajendə məskunlaşdı. IV Henrix Bordo da yerləşən kral sarayına nəzarət edə bilmirdi. Saray iki dini etiqad Protestantlıq və Katoliklik arasında qalmışdı.
1578-ci ilin oktyabrından 1579-cu ilin mayına kimi Navarra və Fransa krallarını barışdırmağa çalışan Yekatirina Mediçi kralın qonağı olmuşdur. Henrixə təsir vasitəsi kimi onun həyat yoldaşı Margaritanı da özü ilə gətirmişdi.
Henrix həmfikirləri tərəfindən təşkil olunmuş dini müharibələrdə iştirak etmişdir. IV Henrinin iştirakı ilə keçirilən dini müharibələr çoxdur.Baird, Henry M., The Huguenots and Henry of Navarre, Vol. 1, (Charles Scribner's Sons:New York, 1886), 269. Bunlardan IV Henrinin iştirakı ilə baş tutan Coutras müharibəsi daha məşhurdur.Baird, Henry M., The Huguenots and Henry of Navarre, Vol. 1, (Charles Scribner's Sons:New York, 1886) 431 1580-ci ilin mayında 3 günlük küçə döyüşlərinin olmasına baxmayaraq kütləvi qırğın və talanların olmadığı Kaoranın zəbti onun populyarlğının artmasına səbəb oldu.
Fransız taxtının varisi
Fransa Kralı III Henrix Valua 1584-cü ildə kral III Henri qardaşı Alansonlu Fransiski varis təyin etmədən vəfat edir. Taxt-tacın varisi qanunla protestant partiyasının rəhbərlərindən biri, Navarralı Henrix olur. Sonsuz olan kral III Henri hersoq Noqar Depernonu IV Henrinin yanına göndərir. Ondan katolikliyi qəbul etmək və saraya qayıtmağ tələb olunurdu. Lakin bir neçə aydan sonra katolik partiyasının rəhbərləri gizlərin təzyiqi ilə Nemur traktatını imzalamağa və protstantları qanundan kənar elan edib Henriyə qarşı müharibəyə başlamağa məcbur olur.
Navarralı Henrinin bir neçə dəfə hersoq Mayenli ilə toqquşduğu konfliktlər başlayır. Roma papası onu yenidən kilsədən uzaqlaşdırır, 1587-ci ildə isə Henrix fransız ordusunu Kutra döyüşündə məğlub edir. thumb|200px|right|III Henri ölüm yatağında hakimiyyəti Navarralı IV Henriyə təhvil verir (1589)
1588-ci ildə siyasi vəziyyətdə mühüm dəyişikliklər baş verdi. Şahzadə Kondun ölümü Henriyi protestantların başına keçirir. Hersoq Qizin ölümü III Henriylə Navarralı Henrinin birləşməsinə səbəb olur. Plessi-le-Tur sarayında hər iki kral 1589-cu il 30 aprel traktatını imzalayır.Paris və Fransanın əksər ərazilərini idarə edən Liqaya qarşı birgə mübarizə aparmaq qərara alınır. Qısa zamanda rəqib üzərində üstünlük təmin edilir. İyul ayına paytaxt Paris mühasirəyə alınır. 1589-cu ilin avqustun 1 də III Henri fanatik rahib Jak Klemanın bıçaqlı hücumuna məruz qalır. Qısa müddətə onun vəziyyəti ağırlaşlır və vəfat edir. Ölüm ayağında ikən III Henri IV Henrini rəsmi şəkildə öz varisi elan edir. Bununla da IV Henrini həm Fransa həm də Navarra kralı olan ilk şəxs olur. Bu zaman kralın tabeliyndə olan adamların yarıdan çoxu IV Henrini kral kimi qəbul etmirdilər. Digər tərəfdən isə liqada əyləşən nüfuzlu katolik icması, bu cür vərəsəliyin qanuna zidd olmasını bildirir.
Liqaya qarşı mübarizə IV Henrix qısa zamanda öz zəif tərəflərini dərk etməklə ideoloji cəbhədə müharibəyə başladı. Royalist katoliklər ondan katolikliyi qəbul etməyi tələb edirdilər. Henrix hakimiyyətə gələn zaman katoliklərin mövqeyi daha güclü idi. Lakin son 9 il ərzində Henrix 3 dəfə məzhəb dəyişikliyi etmişdir. Tezliklə tərtib olunmuş yeni deklarasiyada katolik məzhəbini tanıdığını rəsmən bəyan etsə də, özü bu məzhəbə keçməkdən şəxsən imtina edir. Bu hadisə onun protestant tərəfdarlarını narazı salır. Bəziləri hətta ordunu tərk edir. Qeyd etmək lazımdır ki, ordudan ayrılanlar protestantlara qulluq etmək istəməyən katoliklər idi. Qısa bir müddətdə ordu 2 dəfə, 40 min nəfərdən 20 min nəfərədək azaldı. Bu illərdə yerli əhali belə kralın hansı məhzəbə quluq etməsini dəqiq bilmirdi. Protestantlar onu katoliklikdə, katoliklər isə protestantlıqda ittiham edirdilər.
Ordusunun zəifləməsi səbəbindən IV Henrix Parisin mühasirəsindən imtina etməli olur. Liqa İspaniyanın dəstəyi ilə hücuma keçərək onun ordusunu Dyep düzünə qədər sıxışdırır. O, ordusunun dağılması təhlükəsinin yarandığı bu dövrdə İngiltərə kraliçası I Yelizaveta ilə ittifaq qurmağa ümid edirdi.
Əks təqdirdə IV Henrixin məğlubiyyəti onun hakimiyyətinin sonu demək idi. Bununla belə IV Henrix 1589-cu il sentyabrın 29-da Ark-la-Batay döyüşündə Mayen hersoqu lotaringiyalı Karlı məğlub edir. Henrixin döyüşcüləri arasında Fransua de Burbon-Konti, Fransua de Monpansye, Lonqvil, Lüksemburq, Roqan-Monbazon, marşallar Biron və Domon, həmçinin Şampan, Pikardiya və İl-de-Fransın çoxsaylı zadəganları vardı.
Parisi ələ keçirmək yenə baş tutmasa da, hücümlar davam edirdi. Ordu Paris istiqamətində olan kəndlərdə kilsələrin salamat qalmasınsa və əhalinin talan edilməməsinə xüsusi nəzarət edirdi. Bu nümunədən məmnun qalan Tur və Le-Man arasındakı bütün şəhərlər döyüşsüz təslim olurdular. 1590-cı il 14 mart tarixində İvri döyüşündə Henrix öz qəhrəmanlığı hesabına döyüşün gedişini dəyişməyə nail oldu. O, döyüşə başına uzaqdan görünən ağ kəkilli dəbilqə geyinərək daxil oldu. Ordu geri çəkilmək istəyəndə Henrix "Əgər siz döyüşmək istəmirsinizsə, onda heç olmasa mənim neçə öldüyümə baxın!" deyərək hücuma getdi. İvridəki qələbədən sonra Henrix Parisin blokadasını başlayır. Paris Liqanın paytaxtı hesab olunurdu. Liqa mübarizəyə çox davam gətirə bilmir və qısa müddətdə məğlub olur.
Digər tərəfdən protestantlar Henrixi onların hüquqlarının məhdudlaşdırılmasında ittiham edirlər. Həqiqətən də 1591-ci ildə qəbul olunan Nant razılaşması ilə Henrix protestantların hüquqlarını xeyli məhdudlaşdırır.Janine Garrisson, L'Édit de Nantes: Chronique d'une paix attendue (Paris: Fayard) 1998.Coexister dans l'intolérance (Michel Grandjean and Bernard Roussel, Cenevre,) 1998.
1577-ci ildə Puatye fərmanı ilə bu bir daha təsbit edilir.