Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti () və ya qısaca ABƏŞ — Bakıda fəaliyyət göstərən neft şirkətlərindən biri. 1994-cü ilin axırlarında yaradılmışdır. "Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müştərək işlədilməsi və istifadəyə verilməsi" haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7 ölkəni (Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir.

Kateqoriya:Azərbaycan dövlət şirkətləri Kateqoriya:Azərbaycanın neft və qaz şirkətləri