Cəngi rəqsi - Azərbaycan milli rəqsi.

Etimologiyası Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır.

Tarixçə "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir. Cəngi pəhləvanlar yarışında da (pəhləvani), cıdır düzündə də çalınır.Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Cəngi Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Şur

Xarakter cəhətdən eyni olan "Qaytağı", "Halay" kimi musiqi əsərləri qrupundandır. Bir qayda olaraq zurnaçılar dəstəsi tərəfindən ifa olunur Əliqızı Sevda. Hekayətli musiqi lüğəti - Cəngi . "Koroğlu" dastanında Cəngi havasına çox geniş yer verilib: Cəngi Koroğlu, Misri Koroğlu.

Cəngi bəstəkar musiqisində İlk dəfə Üzeyir Hacıbəyovun "Koroğlu" operasına daxil etdiyi cəngidən sonralar digər bəstəkarlar da istifadə ediblər (Soltan Hacıbəyov, Aqşin Əlizadə, Süleyman Ələsgərov və s.), xüsusilə İkinci dünya müharibəsi ayrıca musiqi pyesi şəklində rəngarəng cəngilər yaradılıb.

Bəstəkar cəngiləri Üzeyir Hacıbəyov - fortepiano üçün "Cəngi" rapsodiyası Süleyman Ələsgərov - xalq çalğı orkestri üçün “Cəngi” Vasif Adıgözəlov - "Novruzum" kantatası İmruz Əfəndiyeva. Vasif Adıgözəlovun yaradıcılığının üslub xüsusiyyətləri . "Musiqi dünyası" jurnalı.

İstinadlar

Xarici keçidlər Cəngi rəqsi haqqda veriliş Zurnaçılar dəstəsi - Xalq Cəngisi "Koroğlu" operasında III pərdədə Cəngi rəqsi Aqşın Əlizadənin - "Cəngi" əsəri

Həmçinin bax Azərbaycan rəqsləri

Kateqoriya:Azərbaycan rəqsləri