thumb|250px|
Türk dili, türkcə və ya Türkiyə türkcəsi,Günaydın, Mustafa. (2019). Azərbaycan Türkcəsi və Türkiyə Türkcəsində Təfəkkür, Görmə və Eşitmə Prosesi ilə Bağlı Feillərin Məna Xüsusiyyətləri. 2019. 265–271. () — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. "Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı da işlədilir. Azərbaycan türkcəsi, türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi Türk dillərinin oğuz qrupuna aiddir.
Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür.
Türk dilində ingilis, alman, fransız, ərəb və s. kimi dillərdən fərqli olaraq varlıqlar cinsiyyətinə görə fərqləndirilmir. Cümlə quruluşu əksər hallarda belədir: mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Təyin təyin etdiyi sözün əvvəlində işlənir.
Hazırda 1928-ci ildəki hərf İnqilabından sonra latın hərflərindən istifadə olunur.
Türkcə ya da Türk dili qərbdə balkanlardan başlayıb şərqdə Xəzər dənizi sahəsinə qədər danışılan Türk dilləri dil ailəsinə aid daim güncəllənən dildir. Türk dillər Osmanlı türkcəsisinin davamını təşkil edir. Başda Türkiyə olmaqla qədim Osmanlı İmperiyası coğrafiyasında danışılan Türk dili, dünyada ən çox danışılan 15-ci dildir. Türk dilinin daim güncəllənən olması hər hansı bir yenilik üzərindən istənilən qədər yeni sözlər yarada bilmək imkanını verir. Türkiyə türkcəsi bu yönündən dolayı digər Türk dillərilə ortaq ya da ayrı olan onlarca söz mövcuddurProf. Dr. Doğan Aksan, Türkiye Türkçesinin Dünü, Bugünü, Yarını, Bilgi, s. 68..
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Özbəkistanda keçirilən 43-cü konfransında dekabrın 15-i Dünya Türk Dili Ailəsi Günü elan edilib.
Nəzəriyyələr Türk dili ilə bağlı bir neçə təsdiqini tapmayan iddealar var. Bunlar aşağıdakılardır:
Koreya, yapon, fin, macar dillərinin türk dili ilə qohum olması; Amerika hindularının türk mənşəli olması və türkcə danışmaları. Fərziyyəyə görə Sibir türkləri Berinq boğazı vasitəsilə Amerikaya gedib çıxmışlar.
İstifadə olunan əlifba
Yayılma thumb|415px|Türkiyə türkcəsində danışanların dünya üzərində yayılımı Türkiyə, ŞKTR, Kipr, Makedoniya (Şəhər səviyyəsində), Kosovo,İraq (Regional) Almaniya Bolqarıstan, Suriya Fransa, Niderland, Belçika, Birləşmiş Krallıq, Avstriya, ABŞ, Özbəkistan,Azərbaycan,iran,Rusiya Yunanıstan, Avstraliya, Kanada, Meksika, Rusiya, İsveç, Danimarka, İsveçrə, Rumıniya Kalan ülkeler
Dialektlər Beş dialektlər vardır
Anadolu
Şərqi Anadolu Qərbi Anadolu Şimalqərbi Anadolu olmaq üzrə üçe ayrılıb
Rumeli
Şərqi Rumeli Qərbi Rumeli olmaq üzrə ikiye ayrılıb
Kipr
Suriya
Əlifba
Türk Əlifbası Aa
Bb
Cc
Çç
Dd
Ee
Ff
Gg
Ğğ
Hh
Iı
İi
Jj
Kk
Ll
Mm
Nn
Oo
Öö
Pp
Rr
Ss
Şş
Tt
Uu
Üü
Vv
Yy
Zz
Azərbaycan dilində olan "ə" hərfi Türk dilində "e" hərfi içində gizlədilir.
Fonetika
Misal ben — mən sen — sən o — o biz — biz siz — siz onlar — onlar bir, iki, üç — bir, iki, üç dört, beş, altı — dörd, beş, altı yedi, sekiz, dokuz, on — yeddi, səkkiz, doqquz, on ne — nə nasıl — necə niye/neden/niçin — niyə/nədən/nə üçün nere/nereye — hara/haraya ne zaman — nə vaxt kim — kim Türkçe biliyorum/bilmiyorum — Türkcə bilirəm/bilmirəm Nereden geliyorsun? — Haradan gəlirsən? Çocuklar şimdi okulda.("mektep" köhnə söz) — Uşaqlar indi məktəbdədir. Bu akşam gideceğim. — Bu axşam gedəcəyəm. Müzik dinlemeyi çok severim. — Musiqi dinləməyi çox sevirəm. Bu çocuk benim kardeşim. — Bu uşaq mənim qardaşımdır. Mustafa Kemal Atatürk Türkiye Cumhuriyeti'nin kurucusudur. — Mustafa Kamal Atatürk Türkiyə Respublikasının qurucusudur. Almanca öğrenmek için derslere başlayacağım. — Alman dili öyrənmək üçün dərslərə başlayacağam. Ben Azerbaycanlıyım. — Mən Azərbaycanlıyam. Benim bilgisayarım var. — Mənim kompüterim var. Yoğurt — Qatıq Balık — Balıq
Qrammatika
Leksika
Türk dili lüğətləri Sözlük
İstinadlar
Mənbə
Cavad Heyət. Türk dilləri və ləhcələrinin tarixi. II kitab. Bakı, "Təhsil", 2011, 176 səh.
Həmçinin bax Dünya türk dili ailəsi günü (15 dekabr)
Kateqoriya:Türkiyə dilləri Kateqoriya:Almaniya dilləri Kateqoriya:Bolqarıstan dilləri Kateqoriya:Kipr dilləri Kateqoriya:Rusiya dilləri Kateqoriya:Aqqlütinativ dillər