Əbrəc Əlbeyt Qüllələri — Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. Tikintisi 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Kompleks krallığın ən böyük tikinti şirkəti olan Saudi Binladın Qrup tərəfindən inşa edilir. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məsciddə fəaliyyət göstərəcək. Hər il 2 milyon hacı burada yerləşdirilə bilər. Dünyanın ən böyük saat qülləsi: Bu Səudiyyə Ərəbistanının Məkkə şəhərində müqəddəs Məsci- dül-Həramın yaxınlığında inşa edilmiş Əbrəc Əlbeyt Qüllələridir. Hər il 2 milyon hacıya xidmət göstərəcək kompleks dünyanın ən böyük saatına malik ən hündür saat qülləsi olmaqla yanaşı, 601 m hündürlüyü ilə Səudiyyə Ərəbistanının ən hündür binası, dünyanın isə ən böyük və ən hündür otelidir. 2012-ci ildə tamamlanmış binanın inşasına ümumilikdə 1,6 mlrd. dollar xərclənmişdir.- Abraj Al Bait Abraj Al Bait Towers, Mecca, Saudi Arabia Binanın ümumi tutumu 65 000 nəfərdir. Həmçinin, binada 4000 nəfərlik məscid də fəaliyyət göstərir. Saat qülləsinin dörd tərəfli saatının diametri 46 m olan hər bir tərəfi qızıl suyuna salınmış keramik lövhədən ibarətdir. Dünyanın ən hündür ikinci binası olan Əbrəc Əlbeyt Qüllələrinin Məscidül-Hərama baxan tərəfində ərəbcə yazılmış "Allahın adı ilə" kəlməsi iki milyon ədəd LED lampası ilə işıqlandırılır. Qalereya
İstinadlar
Xarici keçidlər
Reshaping Mecca—slide show, :en:The New York Times
Kateqoriya:Göydələnlər Kateqoriya:Məkkə Kateqoriya:Göydələn hotellər Kateqoriya:2012-ci ildə tikilmiş hotellər Kateqoriya:Ərəb memarlığı