Fələstin () — Yaxın Şərqdə yerləşən de-yure suveren dövlət. 15 noyabr 1988-ci ildə qurulmuş Fələstin dövləti rəsmi olaraq Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən idarə olunur və Şərqi Qüds də daxil olmaqla 1967-ci il müharibəsindən bəri İsrailin hakimiyyəti altında olan İordan çayının qərb sahilinin və Qəzza zolağının öz ərazisi olduğunu iddia edir. Dövlət BMT-nin 160 üzvü tərəfindən tanınır və 2012-ci ildən BMT-də qeyri-üzv müşahidəçi statusuna malikdir.

Etimologiya "Fələstin" və ya Aralıq dənizinin cənub-şərqi üçün səciyyəvi olan digər əlaqəli terminlərin ümumi istifadəsi tarixən Qədim Yunanıstanın mövcudluğu dövrünə qədər gedib çıxır. Belə ki, Herodot eramızdan əvvəl 5-ci əsrdə özünün "Tarix" adlı əsərində əraziyə finikiyalıların digər dəniz xalqları ilə qarşılıqlı əlaqədə olduğu "Fələstin adlı Suriya bölgəsi" kimi istinad edərək bu haqda yazan ilk tarixçi olmuşur.Herodotus, Volume 4. Başqa izahlar da mövcud olsa da, "Fələstin" termininin (latın dilində, Palæstina) Qədim Yunanlar tərəfindən filistinlilərin işğal etdiyi torpaq sahəsi üçün istifadə edilmiş bir termin olduğu güman edilir.Ancient History Encyclopædia, Mark, Joshua J., "Palestine"

Tarix

Fələstin miladdan öncə İnsan varlığı izləri Təbəriyyə gölünün cənub regionunda tapılmışdır, bu təxminən miladdan öncə 600 min ilə gedib çıxır. Yeni daş dövründə (m. ə. 10000 – m.ə. 5000) sabit kənd təsərrüfatı icmaları yaradılmışdır. Eneolitdən (m. ə. 5000 – m.ə. 3000) Əriha divarında, Yeddi quyuda, Ölü dənizdə mis və daş alətlər tapılmışdır.Remains Of Minoan-Style Painting Discovered During Excavations Of Canaanite Palace, ScienceDaily (December 7, 2009) Kənanilər Ərəb Yarımadasından Fələstinə m.ə. 3300 — m.ə. 2700-cü illərdə gəlmişlər. Bunun ardınca bura Kənani torpağı kimi tanınmışdır. Təxminən m. ə. 1250-ci ildə dəniz insanları (fələstinlilər) öz mülklərini saldıqları sahil boyunca məskunlaşdılar. Daxili yüksəklik regionlarında yayılmış kənani məmlukları ilə evlənərək ticari əlaqələr qurdular. Bu dövrdən təxminən az sonra əl-Abiro (Bəni İsrail) fələstinlilər və kənanilərlə müharibələrdən sonra miladdan əvvəl 1000-ci ilə qədər Ərihadan başlayaraq Kənani ölkəsinin hissələrini istila etdi.Shahin (2005), p. 4Rosen, 1997, pp. 159–161.Neil Asher Silberman, Thomas E. Levy, Bonnie L. Wisthoff, Ron E. Tappy, John L. Meloy "Near East" The Oxford Companion to Archaeology. Brian M. Fagan, ed., Oxford University Press 1996. Bu vaxt Davud Qüds əhalisi yəbusilərlə (kənanilərin bir qolu) müharibədən sonra Qüds şəhərinə nəzarət etməyə başladı.

M. ə. 965 – 928-ci illərdə məlik Süleyman Qüdsdə heykəl qoymuşdur. M.ə. 928-ci ildə Bəni İsrail dövləti İsrail və Yəhuda məmləkətlərinə bölünmüşdür və m.ə. 721-ci ildə bu məmluklar bütövlükdə Fələstinin tarixi ərazilərinə nəzarət edə bilmədilər, belə ki, ümumi olaraq sahil regionu onların nəzarətindən kənarda qaldı. Assuriyalılar İsrail məmləkətini ələ keçirmişlər və m.ə. 586-cı ildə babillilər Nabuxaz Nəsrin rəhbərliyi ilə Yahudanı məğlub etmiş və oranın əhalisi Babilistana axışmış və heykəl sökülmüşdür. M. ə. 539-cu ildə Farslar Babilistanı ələ keçirmiş və yəhudilərə geri qayıtmağa icazə vermişlər və ikinci heykəl tikilir. M. ə. 333-cü ildə Böyük İskəndər fars ölkəsini ələ keçirir və Fələstini yunan hakimiyyəti altına salır. M.ə. təxminən 323-cü ildə onun ölümü ilə misir ptolomeyləri və suriya Selevkiləri Fələstin üzərində hökmranlıqda bir-birilərini əvəz edirlər. Selevkilər imperiyası ellin (yunan) mədəniyyətini və dinini zorla qəbul etdirməyə çalışdılar. Lakin m.ə. 165-ci ildə yəhudi tarixinə görə makkabilər Suriya hakimi selevki Antiox İbifans üzərində inqilab edir və müstəqil yəhudi dövlətinin yaradılmasına davam edilir. M.ə. 63-cü ildə Fələstin Roma İmperiyasına birləşir.

Fələstin Roma və Bizans zamanı Roma hakimi Böyük Pompey m. ə. 63-cü ildə Fələstinə hökmranlıq etdi və ondan yəhudi məliklərinin hökmranlıq etdiyi roma mahalı yaratdı. Miladın 70-ci ilində Roma İmperatoru Titus Fələstində yəhudi inqilabını yatırtdı, Qüdsü yerlə -yeksan etdi və məbədini dağıtdı. Miladın 132–135-ci illərində digər bir yəhudi inqilabının ardınca İmperator Hadriyan Qüdsün dağıntıları üzərində yeni bir bütpərəstlik şəhəri inşa etdi, onun adını Koloniya İliya Kapitaliya adı ilə adlandırdı və yəhudilərin ora daxil olmasını qadağan etdi. Hadriyanın dövrü başa çatdıqdan sonra Qüdsdə yaşayan xristianların sayı fasiləsiz olaraq artdı. İmperator birinci Konstantin xristian dinini qəbul etməklə və anası kraliça Hilana miladın 320-ci ilində Qüdsü ziyarət etməklə xristian Qüds və Fələstinin vəziyyəti öz bütpərəstlik vəziyyətinə qalib gəlməyə başladı. Qaytantin özü qiyamət kilsəsi tikdi və öz xələflərindən daha gərgin çalışdı, xüsusilə Cistinyan Fələstində ən çox kilsələr və xristian abidələr tikən birisi idi. Bizanslar yəhudilərə yalnız ildə bir gün məbədin yerində hələ də qalmaqda olan daş yaxınlığında ağlamaq üçün Qüdsə daxil olmağa icazə verdilər.

Samilər Misirdə və İraqda aparılan qədim araşdırmalara görə samilər Fələstin ərazisində ən qədim tanınmış xalqdır. Miladdan öncə 4-cü minillikdən bəri onlar Aralıq Dənizinin şərq sahillərində yaşayırdılar. İslam baxışına görə samilər əslində samdan, Nuhun böyük oğlundan törəyən qəbilələrdir. Dəqiqdir ki, qədim əslən fələstin əhalisinin hamısı sami idilər. Ərəb yarımadasını bürüyən quruluğun ardınca oradan köçmüşlər. Onlar yeni vətənləri Kənanda "Peyğəmbər" Musa və ardıcıllarının zühurundan 2 min əvvəl yaşamışlar.

Kənanilər Təsdiqlənmiş mənbələrə görə məşhur kənani əmirliyinin hicrəti ərəb yarımadasından miladdan öncə 3-cü miniliyyin yarısında baş vermişdir. Lakin bəzi tədqiqatçılar o nəticəyə gəlirlər ki, kənanilər 3-cü minilliyin başlanğıcından etibarən ölkədə bərqərar olmuşlar. Onlar qədim Misir araşdırmalarına istinad edirlər. Digər tədqiqatçılar bundan da uzağa gedirlər. Belə ki onlar göstərirlər ki, kənanilərin mövcud olması miladdan əvvəl 7 min il öncəyə gedib çıxır. Bu onların qədim şəhərlərində olan qədim abidələr vasitəsilə izah edilir. O şəhərlərdən ən qədimi Əriha şəhəridir ki, bu günümüzə qədər bu şəhər qalmışdır və dünyada ən qədim şəhər hesab edilir. Əgər zamanın əvvəlindəki qiymətləndirmələr kənanilərin mövcud olması haqda fikir irəli sürsə bunda qətiyyən heç bir ixtilaf yoxdur. Onlar həqiqətən regionda tarixən ilk məskunlaşmış tanınmış xalq olmuşlar və ilk olaraq Fələstin ərazisində mədəniyyətin əsasını qoymuşlar. İvrit yazılarında rast gəlinir ki, kənanilər ölkənin əsl əhalisidirlər. Tövratda qeyd olunduğu kimi onlar əmirlik xalqıdır. Günümüzə qədər qalan ən qədim kənani şəhərləri: Əriha, Əşdud (Əsdud), Akra, Qəzzə, Məcdəl, Yafa, Aşkelon, Beyt Şan və orada olan şəhərlər və kəndlərdən çoxusu günümüzə qədər qalmış çoxusu isə silinb getmişdir. Şəkim kənanilərin paytaxtı olmuşdur.

Kənanilər kənd təsərrüfatı, sənaye ilə şöhrət tapmışlar və onlar metallurgiya, keramika, şüşə, parça, paltar sənayelərində habelə inşaat sənətində mahir idilər. Musiqi vəv ədəbiyyat kənani sivilizasiyasında piramidanın başında gəlirdi, beləki sami xalqı kənanilərin məşğul olduğu kimi musiqi və incəsənətlə məşğul olmamışlar. Onlar öz musiqi əlamətlərinin çoxusunu Qədim Yaxın Şərqdə məskunlaşmış müxtəlif xalqlardan iqtibas etmişlər. Bu ona görə idi ki, kənani ibadəti ənənəsi mahnının istifadə edilməsini tələb edirdi. Beləcə onların mahnıları və musiqi alətləri bütün orta yerlərdə yayıldı. Mədəniyyətin ünvanının ədəbiyyat və incəsənət olması barədə mübahisə edən yoxdur. Həqiqətən(Brosted) kimi böyük tarixçilər yəhudilərin oraya daxil olduğu gün çiçəklənmiş kənani şəhərlərini təsvir edərkən deyir ki, bu şəhərlərdə rahat evlər var idi və orada sənaye, ticarət, yazı, məbədlər və həmçinin yəhudilərin tez bir zamanda iqtibas etdikləri mədəniyyət var idi. Onlar evlərin tikintisində çadırlarını qoyub getmişlər. Habelə onlar səhrada geydikləri dəriləri çıxarmışlar. Onlar al əlvan rəngli yundan paltar geyirdilər. Bir müddət sonra kənanilər və yəhudilər arasında olan kişi xarici görünüşə görə fərqlənmirdi və dəniz tərəfdən fələstinlilər və İordaniya istiqamətindən israillilər daxil olduqdan sonra kənani ərazisi 3 millət arasında paylandı və yalnız kənanilər tək özləri ölkəni idarə etmədilər, lakin kənani dili ölkədə hakim dil olaraq qaldı. Erkən yazılmış tarixdən bəri, yəni 5000 min ildən bəri Fələstin 1917-ci ilə qədər Britaniya Mandatlığına qədər tanınmamışdır.

Yalnız üç dil var idi: İlk olaraq kənani, arami ikinci – bu o dil idi ki, İsa Məsih bu dildə danışırdı, — üçüncü ərəb dili. M.ə. −1200 m.ə. 2000 Miladdan öncə ikinci minilliyin başlanğıcında şəhərlər inkişaf etməyə başladı, bu şəhərlərdə memarlığın, qəbiristanlıqların yeni-yeni tərzləri, keramika və silahların yeni növləri meydana gəldi. Bu mərhələ Qədim Şərqin əksər regionları ilə inkişaf etmiş siyasi, ticari əlaqələrlə fərqləndi, xüsusilə Misir, Şam ölkələri, Suriyanın şimalı və Şərqi Anadolu.

Habelə bu dövr keramikanın inkişaf etmiş sənayesi ilə fərqlənmişdir, belə ki gil maddəsinin seçilməsi, onun qarışdırılması və müxtəlif yaraşıqlı qab-qacaq növləri istehsal etmək üçün sürətli təkər üzərində idarə edilməsi. Bu dövr Şam ölkələrinin tam yarısının 18-ci və 19-cu ailələrin hökmranlığı dövründə misir tərəfindən hökmranlığı ilə səciyyələnir. Bu hökmranlıq dövründə Hiksos krallarından sonuncusu təxminən (m.ə.1567-ci ildə) vəfat etmişdir və təxminən (m.ə.1480-ci ildə) Üçüncü Tutmos Şam ölkələrinə həmlələr etmişdir. Bundan əlavə böyük miqdarda əyilmiş su kütlələri ilə sıxılmış laylarla bərkidilmiş Hiksosa aid güclü istehkamlar yoxa çıxmışdır.

Bu dövrdə narahatlığın olması müşahidə edilmişdir və bu vəziyyət Fələstin üzərində hakimlik etmişdir. Habelə Orta və Cənub regionlarından 18-ci ailənin başlaması ilə yəni Hiksosun Misirdən qovulmasından sonra və onların Fələstinin cənubunda Şaruhinə qədər izləməsindən sonra görünür. Qeyd edilməlidir ki, 3-cü Təhtəmisin dövründən bəri burada təfsilatlı mətnlər vardır və o cümlədən Şam tərəfdən məlik Maciddu və məlik Qadişin rəhbərlik etdiyi kəskin Maciddu döyüşü ilə bağlı olan mətnlər. Hər iki məlikə məlik Əl- Mitani dəstək vermişdir. Bu ittifaqda təxminən 120 şəhər iştirak etmişdir və onların adları 3-cü Təhtəmisin topoqrafik cədvəllərinin birində çəkilmişdir. Bu mətnlər naxışlar formasında iynələrin üzərində olmuşdur. Bu iynələr Memfis və Karak şəhərlərində bərkidilmişdir : (m.ə. Məmluklar dövrü (Dəmir dövrü 550–1200) Həmin vaxt fələstinlilər özlərini Misir Hakimiyyətinin Fələstin üzırində qanuni xəlifələri hesab edirdilər və onlar Fələstinin əksər hissələrinə hakimlik edirdilər. Lakin çox vaxt göstərilir ki, onlar fələstin sahili sakinləri idilər, belə ki onlar Qəzzə, Aşkelon, Əsdud, Aqir, Təl əl-Safi və bir çox digər bu kimi şəhərlərin əsasını qoymuşlar. Habelə yerli kənani təsirləri müxtəlif fələstinlilərə Dacun və Aştrot kimi onların ilahilərinin adları ilə üzə çıxmışdır. Fələstin sahili sakinlərində dini həyat kənani əsilli idi. Həmçinin dini binalar ən mühümü, kənani məbədləri kimi inşa edilən Təl əl – Qəsilədəki bir-birini izləyən silsilə məbədlər idi. Onların üzərində misir təsirləri də var idi.

Fars İmperatorluğu M.ə. 550 : Fars İmperatorluğu və Makedoniyalı İskəndər dövrü 330. İmperatorluq "Darius", "Kambiz", "Kuruş" olan ilk imperatorların hərəkəti ilə Aşurun varisi hesab olunur. Bu imperatorluq qərbdə Egey dənizindən, Şərqdə Hind sərhədlərinə, Misirin cənubundan Qara dənizə və şimalda Qafqaz dağlarına uzanıb gedirdi. O vaxtlar Dara İmperatorluğu 20 vilayətə bölmüşdür və hər bir vilayətin bir valisi var idi. Fələstin beşinci vilayətin bir hissəsi idi və o arami adı ilə "Çayı keçmə", yəni "Çayın arxasındakı" adı ilə tanınmışdır. Bu o demək idi ki, Fərat çayı bütün Şam ölkələrini əhatə edirdi, o cümlədən Suriya, Finikiya, Kipr. M.ə. 63–330