Rezo Davidoviç Çxeidze (; ) — Gürcüstan kinorejissoru, SSRİ Xalq artisti.

Həyatı Rezo Davidoviç Çxeidze 8 dekabr 1926-cı ildə Kutaisidə anadan olmuşdur.

1943–1946-cı illərdə Çxeidze Şota Rustaveli adına Tbilisi Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1953-cü ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirmişdir. Onun sənət müəllimi Mixail Romm olmuşdur.

1953-cü ildə Çxeidze öz ssenarisi əsasında "Boris Pançadze" sənədli filmini çəkmişdir. 1954-cü ildə Tengiz Abuladze ilə birlikdə iki sənədli film çəkmişdir. 1955-ci ildə "Maqdananın Lurcası" filmini ekranlaşdırmış və 1956-cı ildə bu filmə görə Kann kinofestivalında mükafat almışdır.

Rezo Çxeidze "Əsgər atası" filminə görə Gürcüstanın Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1980-ci ildə SSRİ xalq artisti adını, 1986-cı ildə isə "Sənin oğlun torpaqdır" filminə görə Lenin mükafatını almışdır.

2013-cü ildə "Əsgər atası" filminin yeni texnologiya ilə rəngli bərpa olunmuş variantının Bakıda nümayişi keçirilmiş və rejissor bu mərasimdə şəxsən iştirak etmişdir.

Filmoqrafiya Maqdananın Lurcası (film, 1956) Bizim həyət (film, 1956) Sxnetili Mayya (film, 1960) Xəzinə (1961) Dəniz yolu (1962) Əsgər atası (film, 1964) Tinglər (film, 1972) Torpaq, sənin oğlun (film, 1980) Don Kixot və Sançonun rəvayəti (1988)

İstinadlar

Mənbə İxtiyarqızı, N. "Əsgər atası" 48 il sonra yenidən Bakıda: Gürcü rejissorun filmi rəngli versiyada nümayiş olundu: [Nizami Kino Mərkəzində gürcü rejissoru, SSRİ Xalq artisti Rezo Çxeidzenin] //Mədəniyyət.- 2013.- 22 may.- S. 4.

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Tbilisinin fəxri vətəndaşları