Andranik Madadyan (, , ) - erməni əsilli İran-ABŞ pop ifaçısıdır. Ləqəbi "Andy" kimi səsələnir. Ən məşhur İran ifaçılarından biridir. 1980-cı illərdə İran ifaçı Kouros ilə birgə ifa edirdi. Fars, erməni, ingilis, ispan, ərəb və hindi dillərini bilir. Karyerasında 15 albom çıxarmışdır. Onun albomları İranda qadağan olunmasına baxmayaraq piratlar tərəfindən satılır. Hazırda ABŞ ölkəsinin Kaliforniya ştatının Los-Anceles şəhərinin erməni rayonunda yaşayır. Endi 11 noyabr 2011-ci ildə aktrisa Şani ilə ailə həyatı qurmuşdu. Aktrisa Şani xərçəng xəstəliyindən əziyyət çəkir.
Albomlar Kouros ilə birgə 1985: Khastegari 1988: Parvaz 1990: Balla 1991: Goodbye 2006: Andy & Kouros Vol. 1 2006: Andy & Kouros Vol. 2
Öz albomları
1992: Beegharar 1994: Laili 1995: Tanhaee 1996: Devoted 1998: Silk Road 1998: Ghahremananeh Vatan 1999: Nune 2000: And My Heart… 2001: Yaran 2002: Khalvateh Man 2003: Orere Seero 2004: Platinum 2006: City Of Angels 2007: Airport
İstinadlar
Xarici keçidlər Rəsmi sayt ANDY's Lovers Website
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:İran müğənniləri Kateqoriya:İran erməniləri Kateqoriya:ABŞ erməniləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər