thumb|right|Mağara və ya bu tipli qapalı məkanlarda hava çatışmazlığının və boğulmaq təhlükəsinin olduğunu düşünən şəxs klaustrofobikdir
Klaustrofobiya, qapalı yerlərdən qorxmaq fobiyasıdır. Klaustrofobiya latınca () — qapalı məkan və yunanca () — qorxu mənasındadır. Qapalı və ya dar məkanların qorxusundan ( fobiya ) ibarət olan psixopatoloji əlamətdir.
Klaustrofobiyası olan insanlar, lift və ya tunel kimi qapalı və qaranlıq yerlərdən panika vəziyyətinə düşürlər və ya lift kimi qapalı və dar məkanlarda, nəfəs ala bilməməkdən, boğulmaqdan və orada ömürlük qala bilməkdən qorxurlar. Əsasən uşaqlıq dövründə hər hansı bir travma verici hadisə yaşamış insanlarda klaustrofobiya görmək olar. Bu səbəbdən klaustrofobik insanlar bu cür qapalı məkanlarda qalmamalıdırlar.
Simptomlar Simptomlar ümumiyyətlə uşaqlıq və ya yeniyetməlik dövründə inkişaf edir. Klaustrofobiyanın adətən bir əsas əlaməti olduğu düşünülür: boğulma qorxusu.
Qapalı bir məkanda qalmaq barədə düşünmək düzgün nəfəs ala bilməmək və oksigenin tükənməsi qorxusuna səbəb ola bilər. Bu fobiyanın əsas əlamətləri:
tərləmə və ya titrəmə sürətlənmiş ürək döyüntüsü və qan təzyiqinin artması başgicəllənmə, bayılma və qorxudan donma quru ağız hiperventilyasiya isti flaşlar ürəkbulanma baş ağrısı uyuşma boğulma hissi sinədə sıxılma, sinə ağrısı və nəfəs almaqda çətinlik qarışıqlıq və ya disorientasiya zərər və ya xəstəlik qorxusu
Simptomlar fobiyanın nə qədər şiddətli olduğundan asılıdır.
Müalicə Klaustrofobiya psixopatoloji hal olduğu üçün psixiatrlar tərəfindən müalicə olunur. Həkimlər müxtəlif müalicə metodlarından istifadə edirlər. Bunlara koqnitiv terapiya, interoseptiv terapiya (1992-ci ildə doktor Raşman tərəfindən işlənilib hazırlanmışdır), reqressiv hipnoterapiya, psixotəhsil və s. aid edilir.
Klaustrofobiyanın müalicəsinə kömək etmək üçün təyin olunan dərmanlara antidepressantlar və beta-blokerlər daxildir ki, bu da tez-tez narahatlıq ilə əlaqəli ürək döyüntüsünü aradan qaldırmağa kömək edir.
Həmçinin bax Fobiya Fobiyaların siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fobiyalar