Şirvanşahlar dövlətinin əhalisi Şirvan ərazisində yaşamış müxtəlif etnik qruplara aid əhali idi. Şirvan qədimdən Dərbənd və Dəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdu. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir.
Qafqazdilli tayfalar VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlarApмянckaя гeoфaфия, c.36–39; Гeorpaфия, изд. Cykpи, c.36–37 Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, Bakı və Quba zonaları hüdudlarında yayılmışdılar.
Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınlığında yaşayırlar.
Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır.
Türkdilli tayfalar
Zakenlər, xenuklar, şirvanlar "Erməni coğrafiyası"nda adı çəkilən zekenlər (tsekanlar), ehtimal ki, Şəki vilayətinin əhalisi – şəkililərdir.Z. M. Bünyadov — Azərbaycan VII–IX əsrlərdə. Bakı. 1988, s.180 Erməni mətnindəki xenukların (antik müəlliflərdə genioxlar) adlan Şəki rayonundakı Yuxarı və Aşağı Göynük və Bozdağın ətəyində balaca Göynük çayının adlarında həkk olmuşdur. Kaspilər Abşerondan cənubda, Kür və Araz çaylarının arasında və Xəzər (Kaspi) dənizinin sahillərində yaşamışlar.A. B.Гaдлo-Этничeckaя иcтopия Ceвepнoгo Kaвкaзa IV–X вв. Л., 1979, c.89–91
Şərvanlar Şirvan vilayətində yaşayırdılar. Bu, Şirvanın qədim etnotoponim formasında rast gəlinən ilk adıdır. Xsranlan anonim X əsr mənbəyində adı çəkilən Xursan (Xunsar) vilayəti ilə əlaqələndirmək mümkündür. Bu vilayət Dərbənd rayonunun cənub hissəsində, Beşbarmaq dağına qədərki ərazidə yerləşirdi.Гeoгpaфия. Изд. Cykpи, c.36–37Hudud al-Alam. The Regions of the world. A. Persian Geography, transl, and expl. By V. Minorssky, GMS New-Series XI, London, 1937, s.144–145Mинopcкий. Иcтopия Шиpвaнa, c.l 14–115
Maskutlar Maskutlar indiki Quba rayonunda və Abşeronda yaşamışlar. Bu toponimlərin adı IV əsrin birinci yarısında Maskut hökmdarı Sanesananın erməni hökmdarı ilə müharibəsini təsvir edən V əsr müəllifinin əsərində çəkilir. Bu mənbədə "böyük Kür çayı" Фaвcтoc Бyзaнд, c.15. maskutların sərhədi kimi göstərilir.
V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir.Иcтopия Apмeнии Фaвcтoca Бyзaндa, Пepeв. M. A.Гeвopгянa. Epeвaн, 1953, c.15–16
Massaget – maskut tayfaları Şabran səddindən şimalda, dəniz sahili boyunda yaşayırdılar. VII əsrə aid anonim mənbədə aşağıdakılar bildirilir: "Xəzər dənizinin şimal tərəfində, Qafqaz sıra dağlarının gəlib çatdığı dənizə qədər Vardanian düzənliyində maskutlar yaşayır. Dərbənd səddi buradadır".Гeorpaфия. Изд. Cykpи, c.37, дpeвнeapмянck. тekcт., c.27 Erməni və ərəb mənbələrinə görə maskutların ölkəsi indiki Dağıstanın Dərbənd rayonunun Xəzərsahili ərazisində eləcə də, Azərbaycan Respublikasının Quba, Qusar və Şabran rayonlarında, Abşeron və Muğan düzündə yerləşirdi.C. T. Epeмян — Шaпoтpeнa Птoлeмeя в cвязи c иccтopиeй cкифckoгo цapaвa пpикacпийckoгo пoбepeжья, Tбилиcи, 1966, c.76–77.
Massagetlər Baş Qafqaz silsiləsi ilə dəniz sahili arasında, Dərbənddən Abşerona və Muğan düzünə qədərki bərəkətli vilayətdə məskun idilər. Bu ərazilər Samurçayın aşağı axını və cənuba doğru axan başqa çaylar vasitəsilə suvarılırdı.K. B. Tpeвep — Oчepки пo иcтopии и kyльтype Kaaжaзckoй Aлбaнии. M.-Л.. 1959, c.192. VII əsr məxəzində Samur və Gilgilçay çayları arasındakı düzənlik MazkutkC. T. Epeмян — Apмeния пo "Aшxapaцyйuy" (Apмянckaя гeoгpaфия VII в.j, нa apмянck. яз., Epeвaн, 1963, c.64., IX–X əsrlər ərəb mənbələrində MəsqətCompendшm libri Kitab al-Boldan auctore Ibn al Fakih al- Hamadhani, BGA, V, ed. M. J. de Goeje. Lugd. Batav, 1885, s.293, 297–298İbn Xordadbeh, s.173Mинopcкий — Иcтopия Шиpвaнa.c.108–115, sonralar orta əsrlərdə isə MüşkürMинopcкий — Иcтopия Шиpвaнa, c. 180–185 adlanmışdır. Artıq eramızın I əsrində maskutların öz hökmdarlığı var idi. Hökmdarlığın paytaxtı adı ehtimal ki, Xosrov Ənuşirəvan tərəfindən məğlub edilmiş çol adlı türk tayfasının adından götürülmüş Çor, yaxud Çol şəhəri idi.Mapквapт — Epaншaxp, c.73A.И. Koлecникoв — Иpaн в нaчaле VII. Пaлecтинcкий cб. вып. XXII/LXXXV, Л., 1970, cr.97, 99.
Məlumdur ki, skif tayfaları Azərbaycandan keçmiş və şübhəsiz, onların müəyyən hissəsi bu bölgədə məskən salmışdı. Bunu arxeoloji materiallar da təsdiqləyir.C.Б. Aшypбeйли — Oчepk иcтopии cpeднeвekoвoгo Бaky, Бaку, 1964, c.25–26.
Maqlar Ərəb müəlliflərinin məlumatına görə, Muğan əyalətində körfəzdən aralı maqların yaşadığı böyük kənd var idi.A1-Istakhri — Kitab masalik al-mamalik. BGA, ed. M. J. de Goeje, I Lugd, Batav., 1870, s.190 Bəzi alimlərin fikrincə, Muğanda qədim maq tayfası yaşamış, Sasanilər dövründə və daha əvvəl onlarm arasında kahinlər təbəqəsi yaranmışdı. Muğan sözü bir çox şərq, o cümlədən Muğan düzü,И. M.Дьякoнoв- Иcтopия Mидии. M.,-Л., 1956, c.374–379 Muğan şəhəri toponimik terminlərinin əsasını təşkil edir.Иrpap Aлиeв — Иcтopия Mидии. Бaky, 1960, c.302–303.
Hunlar Bir sıra erkən orta əsr müəllifləri hunların, sabirlərin, xəzərlərin Albaniyaya keçib gəlmələrindən, basqınlarından bəhs etmişlər. Hunlar Qafqazda ilk dəfə eramızın II əsrinin ikinci yarısında görünmüşlər.Ю.Р.Джaфapoв — Гyнны и Aзepбaйджaн. Aвтopeф. kaнд. диcc, Бaкy. 1981, c.5–6 Aqafangelə görə, hunlar Albaniyaya Dərbənd (Çor) keçidindən III əsrin birinci yarısında və sonralar, IV əsrin birinci yarısında və axırında (395-ci il) girmişlər.Agathange — Histoire du renge de Tiridate, trad. en francais pap V. Langlois. Collection des histo. iens anciens et modernes de Armenie, Paris, 1867, p.l 15 Hunların Albaniyaya – Dərbəndə, Şirvana, Muğana və başqa vilayətlərə basqınları V–VI əsrlərdə də davam etmişdir.Фaвcтoc Бyзaнд — Иcтopия Apмeнии Фaвcтoca Byзaндa. Пepeв. c дpeвнeapмянck. M. A.Гeвopгянa. Epeвaн. 1953. c.15, 16М. И. Apтaмoнoв. Иcтopия xaзap. Л., 1962, c.52–53 Həm də, hun ordası konqlomeratında bulqarlar, haylandurlar, V–VI əsrlərdə isə sabirlər də var idi.Ckaзaния Пpиcka Пaнийckoгo. Пepeв. Г. C.Дecтy ниca. Уч. зaп. II oтд. Имп. akaд. нayk, кн. VII, вып. I, CПб., 1861, c.61–65Eгишe, c.Зl, 170Moиceй Kaлaнкaтyйcкий, c.9Kapтлиc xoвpeбa, I. c. 15–17Meнaндpa Bизaнтийцa пpoдoлжeниe иcтopии Aıaфнeвoii. Bизaнтийcкиe иcтopики. Пepeв. c гpeч. C.Дecтyниca. CПб., 1860, c.411H.Пигyлeвckaя. Cиpнйcкиıe иcтoчники иo иcтopии нapoдoв CCCP. M.-Л., 1941, c.86–87
VII–IX əsrlərdəJ. Marquartt. Eransahr nach der Geographie des Ps. Moses Xorenac'i. Band III, N. 2, Beтlin, 1901, c.56, 96, 119 Qəbələyə, Muğana girən sabirlər, xəzərlər və bulqarlar bu vilayətlərin toponimikasında öz izlərini qoymuşlar.Moиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, c.38–41Гeвoнд. c.Ю,71–72Cтeпaннoc Tapoнcкий (Acoгик)- Bceoбщaя иcтopия. Пepeв. c apмянck. H.Эминa, M, 1864, c.91
Narrativ (təhkiyə xarakterli) mənbələrlə yanaşı lapidar (yığcam) mənbələrin toponimikasının öyrənilməsi köçəri türklərin Şirvana hələ erkən orta əsrlərdə gəldiklərini göstərir. Panili Priskin verdiyi məlumata görə erkən orta əsr mənbələrində türklərlə eyniləşdirilən hunlarФeoфилaкт Cимokaттa — Иcтopия. M., 1957, c.36, 77, 102 V əsrdə Abşerona köç etmişdilər.Пpиck Пaнийcкий, c.61–65Aшypбeйли. Toпoнимикa, c.62 Hunların, sabirlərin, xəzərlərin və başqa türk tayfalarının Şirvan vilayətinə soxulmalarını və basqınlarını erməni müəllifləri Yeqişe Eгишe, c. 116–117, Favstos BuzandФaвcтoc Бyзaнд, c.l5 (V əsr) və GevondГeвoнд, c.71–72 (VIII əsr) da qeyd etmişlər.Пигyлeвckaя, c.65–66Apтaмoнoв, c.69–70 Yeqişeyə görə, hunlar artıq V əsrin ikinci yarısında Şimali Qafqaza gəlmiş, Xəzər dənizi və Qafqaz dağları boyunca uzanan vadini Dərbəndədək tutmuşdular. 503-cü ildə sabirlər Zaqafqaziyaya və Albaniyaya hücum etmişdilər.Джaфapoв — K вoпpocy o пepвoм пoявлeнии caбиp в Зakaвкaзьe. BДИ, 1979, c. 171–172
Sabirlər-xəzərlər VII əsrin əvvəli anonim müəllifin məlumatına görə Xəzər dənizinin şimal-qəribndə Atil (Volqa) çayınadək türkdilli savir–sabir tayfalan yaşayırdı.Гeoгpaфия. Изд. Cykpи, c.37, дpeвнeapмянck. тekcт, c.27. İbn Xordadbeh (IX əsr) qeyd edir ki, Bab əl Əbvabdan o yana Suvar (Savir) səltənətidir.İbn Xordadbeh, s.173 Mitilenli Zəkəriyyə 555-ci ilə aid salnaməsində qeyd edir ki, qapının, yəni Dərbəndin arxasında, Dağıstanda və Şimali Qafqazda "avqar (auanqur), sabir, burqar, alan, kurtarqar, avar, xəzər, dirmar, sirurqur, baqrasik, kulas, abdel, eftali tayfaları yaşayır. Bu on üç xalq çadırlarda yaşayır, mal-qara, balıq və vəhşi heyvan əti ilə dolanırlar".The Syriac Chronicle known as that of Zachariah oi Mitlylene, XII, 7 London, 1899, s.215 VI əsrə aid bu salnamədə adı çəkilən tayfalar çadırlarda yaşayan köçərilər kimi xarakterizə olunur. Onlardan burqarlar (bulqarlar), sabirlər, avarlar, xəzərlər, abdellər, eftalilər, saraqurlar (sirurqurlar), onoqurlar (auanqurlar) və başqalarının türkdilli olmaları digər mənbələrdən məlumdur.Пиryлeвckaя, c.83.
Mənbələr təsdiq edir ki, I Xosrov Ənuşirəvan (531–579) xəzərlər üzərində qələbə çaldıqdan sonra üç min əsir türk ailəsini (50 min nəfər adam) Arrana və Azərbaycana köçürmüşdü. İbn Misqəveyhin sözlərinə görə türk əsirlərinin cərgəsi on fərsəngə (təqribən 60 km) qədər uzanırdı.Ибн Mиckaвeйx — Taджapиб aл-yмaм. Пepeв. c apaб. П. K. Жузе HAИИ, AHA, инв. #162, c.199. Başqa mənbələrə görə, köçürülən ailələrin sayı 10000-ə çatırdı. Beləliklə, VI əsrdə türklərin Arrana, Şirvana və Muğana güclü miqrasiyası baş verirdi. Bu ölkələrin toponimikasında türk ünsürlərinin mövcud olmasına – (Qobu, Türkan – Abşeronda, Qala, Suvar, Sabiroba-Xaçmaz rayonunda, Balisakan, Biləcəri, Biləsuvar, Biçənək, Qıpçaq, Xəzəryurd, Xəzəryaylaq, Xəzər – Salyan rayonunda) müxtəlif türkdilli tayfaların Şirvan zonasına və qonşu vilayətlərə gəlmələrinə dair narrativ və lapidar mənbələrin verdiyi məlumatları da təsdiq edərək, ölkədə erkən orta əsrlərdən – III–IV əsrlərdən (hunlar) başlayaraq, VI–VIII əsrlərdə daha intensiv şəkildə (sabirlər, xəzərlər, peçeneqlər və b.) türkləşmə prosesi getdiyini göstərir.
Mənbələr və toponomik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət yerli əhali eramızm əvvəlindən etibarən yerli türklərlə intensiv surətdə qaynayıb-qarışmışdır. Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıb-qarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksikada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk ünsürlərinin davamlı və sabit olduğunu göstərir.Aшypбeйли. Toпoнимикa, c.66 Eramızın əvvəlindən Şirvanda, Arranda oturaq həyata keçən həmin türk tayfaları Azərbaycan türklərinin təşəkkülündə iştirak edən mühüm komponentlərdən olmuşlar.
İrandilli tayfalar