Lütfulla xan Bağır xan oğlu Məhəmmədxanlı () — Qaradağ vilayətinin Məhəmmədxanlı elinin elbəyi, sərkərdə. Şücaülməmalik ləqəbi ilə tanınırdı.
Həyatı Lütfulla xan Bağır xan oğlu Qaradağ vilayətinin Kəleybər mahalında anadan olmuşdu. Atasından sonra Məhəmmədxanlı elinin elbəyi olmuşdu. Şahdan Şücaülməmalik ləqəbini almışdı. Kəleybər şəhərində yaşayırdı. Qaradağda baş verən qarışıqlıq zamanı Əmir Ərşada qarşı çıxdı. Məğlub olub Rusiyaya qaçdı. Orda da vəfat etdi.
Ailəsi Lütfulla xanın Ağa xanım, Səkinə xanım adlı qızları vardı.
Mənbə Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: Ozan, 1998, 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı: Şuşa, 2008, 160 səh. Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı: 2011. 624 səh.
Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:Qaradağda doğulanlar Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları