Abstraksiya və ya Abstraktlaşdırma ( — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə, onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdirməyə imkan verir.

Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir.

Abstraksiyanın öz hüdudları var: necə deyərlər, yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ. Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır.

İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir. Abstrakt obyektlər gerçəklikdə mövcud deyildirlər, lakin real aləmdə onların nümunəsi, yəni fikrən quraşdırılması mümkündür. İdeallaşdırma elə anlayışların yaardılması prosesidir ki, onların prototiplərinə yalnız təxmini işarə etmək olar. İdeallaşdırmanın nəticəsi olan analyışlara misal olaraq "nöqtə" (nə uzunluğu, nə hündürlüyü, nə də eni olmayan obyekt), "düz xətt" və sş anlayışları göstərmək olar. Ümumiyyətlə, elmi idrakda gerçəlikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur.

Tədqiqat prosesinə ideallaşdıırılmış obyektlərin daxil etdirilməsi real proseslərin qanunauyğunluqlarına daha dərindən varmaq üçün onların abstrakt sxemlərini qurmaq imkanını verir.

Abstrakt anlayış

Abstrakt anlayış — abstraksiyanın ən yüksək formasıdır, lakin o, eyni zamanda primitiv hissi abstraksiya ilə də bağlıdır. Obyektin müəyyən hissi xüsusiyyətlərindən başlayaraq və digər hissi xassələri fərqləndirərək (primitiv hissi abstraksiya), abstraksiya tədricən mücərrəd anlayışlarda ifadə olunan qeyri-hissi xüsusiyyətlərin ayrılmasına keçid edir.

Düşüncə əşyalar arasındakı münasibətlər vasitəsilə onların abstrakt xassələrini aşkar edə bilər. Abstraksiya özünün ali formalarında əşya və hadisələrin getdikcə daha mühüm xüsusiyyətlərinin onların əlaqə və münasibətləri vasitəsilə açılmasının nəticəsidir. Abstraksiya, yəni təfəkkürün abstrakt anlayışlara keçid prosesi haqqında iki əsas təlim mövcud olmuşdur: Empirik psixologiyanın abstraksiyası — bu təlim abstrakt olanı yalnız hissi olanla məhdudlaşdırırdı; Realist psixologiyanın abstraksiyası — abstrakt məzmunun təfəkkür tərəfindən yaradıldığını iddia edərək, abstrakt olanı hissi olandan qoparırdı.

Lakin reallıqda abstrakt olanı nə hissi olana endirmək mümkündür, nə də ondan tamamilə ayırmaq olar. Təfəkkür abstrakt olana yalnız hissi olandan çıxış edərək nail ola bilər; yəni bu, düşüncənin əşyaların hissi xassələrindən onların abstrakt xassələrinə doğru hərəkətidir.

Həmçinin bax Məntiq Nəzəriyyə Bəhmənyar Azərbaycani Qeyri-fiziki varlıq

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Epistemologiya Kateqoriya:Fəlsəfi anlayışlar Kateqoriya:Estetika anlayışları Kateqoriya:Yaradıcılıq Kateqoriya:Metafəlsəfə Kateqoriya:Metafizika anlayışları Kateqoriya:Metafizika Kateqoriya:Ontologiya Kateqoriya:Təfəkkür Kateqoriya:Epistemologiya anlayışları Kateqoriya:Fəlsəfi terminlər