Polina Rəhimova () — azərbaycanlı voleybolçu, dünya rekordçusu. O, Yaponiyada keçirilən oyunda 58 xalı tək oyunda qazanaraq dünya rekordu qırıb. Azərbaycan qadın milli voleybol komandasının və İndoneziyanın "Petrokimia Gresik" voleybol klubunun oyunçusudur.
Karyerası Hərbçi ailəsində doğulan Polina Rəhimova Fərqanə şəhərində anadan olub. Böyük bacısı voleybolla məşğul olduğundan Polina hələ uşaq yaşlarından bu idman növünə maraq göstərib. İlk dəfə voleybola Ukraynanın Zaporojye şəhərində Lyubov Pribinosun rəhbərliyi altında başlayıb. 16 yaşı olanda Azərbaycana gəlib və burada Faiq Qarayevin təşəbbüsü ilə milli komandaya cəlb olunub. 2011-ci ildə "Azərreyl"lə Avropanın nüfuzuna görə 3-cü böyük turniri olan Avropa Qadınlar Çağırış Kubokuna sahib olub. 2011/2012-ci il Çempionlar Liqasında debüt edən Polina qrup mərhələsindən sonra 206 xalla liqanın bombardiri olub.
2014-cü ildə Cənubi Koreya klubu Hyunday ilə anlaşaraq rəsmi sözləşmə imzaladı. Bu transferlə Polina karyerasında ilk dəfə olaraq legioner həyatı yaşayıb.Polina Rahimova, Hyundai'de!… 2015-ci il üçün isə o, Yaponiyanın "Toyota Auto Body" kollektivi ilə bir illik müqavilə imzalayıb.Polina Rəhimova Toyota klubunda 2015-ci il dekabrın 12-si keçirilən Hitaçi Riveyllə oyunda Polina Rəhimova bir oyuna ən çox xaltoplamaq üzrə 58 xalla dünya rekorduna imza atıb.Polina Rəhimova dünya rekorduna imza atdı
2017-ci ildə o, Türkiyənin "Fenerbahce" klubuna transfer olub və türk liqasında oynamağa haqq qazanıb.
2018-ci ildə o, İtaliyanın “Pomi Casalmaggiore“ klubuna transfer olunub.
2019-cu ildə isə o, yendən Türkiyənin "THY Turkish airlines" klubuna transfer olunsa da, həmin ildə Braziliyanın “Sesi Bauru” klubuna transfer olunaraq 2021-ci ilədək bu klubda çıxış edib. Braziliyada 2021-ci ildə o, türkiyəli biri ilə tanış olub və ailə həyatı qurub.
2021-ci ildə o, İtaliyanın "VBC Casalmaggiore" klubuna transfer olunub.
2022-ci ildə isə o, Vyetnamın "Geleximko Thai Binh" klubuna transfer olunub.
2023-cü ildə isə o, Türkiyənin "Kuzeyboru" komandasına transfer olunub.
2023-cü ildə o, yenidən Vyetnama qayıdıb. "DGC" klubuna transfer olunub.
2024-cü ildə isə o, Türkiyənin "Karayolları" klubundan İndoneziyanın "Petrokimia Gresik" klubuna transfer olunub.
Rəhimova ən son 2023-cü ildə Voleybol üzrə Avropa Çempionatında Azərbaycan millisində çıxış edib.
Klub karyerası + Mövsüm Komanda/Klub Ölkə 2005/06 - 2006/07 Nəqliyyatçı VK 2007/08 - 2013/14 Azərreyl Bakı 2014/15 - 2014/15 Suvon Hyundai Engineering & Construction Hillstate Voleybol Komandası 2015/16 - 2016/17 Toyota Auto Body Queenseis 2017/18 - 2017/18 Fənərbaxça QVK 2018/19 - 2018/19 Èpiù Pomì Casalmaggiore 2018/19 - 2018/19 Türk Hava Yolları İK 2019/20 - 2020/21 Sesi Vôlei Bauru 2021/22 - 2021/22 VBC Trasporti Pesanti Casalmaggiore 2021/22 - 2021/22 Geleximco Thái Bình 2022/23 - 2022/23 Kuzeyboru 2022/23 - 2022/23 Hoa Chat Duc Giang Tia Sang 2023/24 - 2023/24 Karayolları Spor Kulübü 2023/24 - 2023/24 Gresik Petrokimia 2023/24 - davam edir Osasco/São Cristóvão Saúde
Fərdi nəaliyyətləri + Turnir Mükafat Vyetnam Liqası 2022/23 Ən yaxşı hücumçu Vyetnam Liqası 2021/22 Ən dəyərli oyunçu (MVP) Vyetnam Liqası 2021/22 Ən yaxşı bombardir Vyetnam Liqası 2021/22 Ən yaxşı hücumçu Braziliya Superliqası 2020/21 Ən yaxşı bombardir Braziliya Superliqası 2020/21 Ən yaxşı server Braziliya Superliqası 2019/20 Ən yaxşı bombardir Braziliya Superliqası 2019/20 Ən yaxşı server BVA Kuboku 2018/19 Ən yaxşı əks-hücumçu BVA Kuboku 2018/19 Ən yaxşı bombardir BVA Kuboku 2018/19 Ən yaxşı server Avropa Çempionatı 2019 Ən yaxşı server Avropa Çempionatı 2017 Ən yaxşı bombardir Avropa Çempionatı 2017 Ən yaxşı server Yaponiya SV.Liqası 2016/17 Ən yaxşı bombardir Yaponiya SV.Liqası 2016/17 Ən yaxşı server Yaponiya SV.Liqası 2016/17 Ən yaxşı çöl oyunçusu Avropa Qızıl Liqası 2016 Ən dəyərli oyunçu (MVP) Avropa Qızıl Liqası 2016 Ən yaxşı bombardir Avropa Dünya Çempionatı Seçmələri 2018 Ən yaxşı server Kurowashiki Turniri 2015/16 Ən yaxşı hücumçu Kurowashiki Turniri 2015/16 Ən yaxşı bombardir Kurowashiki Turniri 2015/16 Ən yaxşı server Yaponiya SV.Liqası 2015/16 Ən yaxşı bombardir Yaponiya SV.Liqası 2015/16 Ən yaxşı server Yaponiya SV.Liqası 2015/16 Ən yaxşı çöl oyunçusu Avropa Oyunları 2015 Ən yaxşı bombardir Koreya V-Liqası 2014/15 Ən yaxşı bombardir Koreya V-Liqası 2014/15 Ən yaxşı çöl oyunçusu Koreya V-Liqası 2014/15 Ən yaxşı hücumçu Koreya V-Liqası 2014/15 Ən yaxşı server Azərbaycan Super Liqası 2011/12 Ən yaxşı server Azərbaycan Super Liqası 2010/11 Ən yaxşı bombardir Azərbaycan Super Liqası 2010/11 Ən yaxşı server Azərbaycan Super Liqası 2010/11 Ən yaxşı əks-hücumçu Çelenc Kuboku 2010/11 Ən yaxşı bombardir Çelenc Kuboku 2010/11 Ən yaxşı hücumçu Çelenc Kuboku 2010/11 Ən dəyərli oyunçu (MVP) Azərbaycan Super Liqası 2009/10 Ən yaxşı bombardir Azərbaycan Kuboku 2009/10 Ən yaxşı bombardir Azərbaycan Super Liqası 2006/07 Ən yaxşı server Azərbaycan Super Liqası 2006/07 Ən yaxşı əks-hücumçu Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı bombardir Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı server Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı hücumçu Azərbaycan Super Liqası 2005/06 Ən dəyərli oyunçu (MVP) Azərbaycan Super Liqası 2005/06 Ən yaxşı əks-hücumçu Azərbaycan Super Liqası 2007/08 Ən dəyərli oyunçu (MVP) Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı bombardir Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı server Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı hücumçu Azərbaycan Super Liqası 2007/08 Ən yaxşı əks-hücumçu
İstinadlar
Kateqoriya:Fərqanədə doğulanlar Kateqoriya:Yaponiyada legioner idmançılar Kateqoriya:Azərbaycanın qadın voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:Avropa Oyunlarının Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Azəryol Bakı QVK voleybolçuları Kateqoriya:Azərreyl Bakı QVK voleybolçuları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar