II Xosrov (klassik mənbələrdə ona aid edilən "Aparvez" ləqəbi sonrakı dövrlərdə dəyişikliyə uğrayaraq "Pərviz" şəklində işlədilməyə başlamışdır), "Müzəffər" ( Husrō(y); həmçinin Xusrav Parvēz, Xosrov Parviz; ) — Sasanilər imperiyasının 590–628-ci illərdə hakimiyyətdə olmuş sonuncu böyük şahı.James Howard-Johnston, "ḴOSROW II" , Encyclopaedia Iranica, (March 15, 2010). O, IV Hörmüzün (579–590) oğlu, I Xosrovun (531–579) nəvəsidir. II Xosrov müsəlmanların Yaxın Şərqdə hakimiyyəti ələ keçirməsindən əvvəl uzun müddətli hakimiyyətdə olmuş sonuncu fars hökmdarıdır ki, onun ölümündən beş il sonra ərəblər bütün keçmiş Sasanilər imperiyası ərazisini ələ keçirmişlər. Hakimiyyətinin ilk dövrlərində taxtını itirən II Xosrov Bizansın köməyi ilə onu geri qaytarmış, bu hadisədən on il sonra isə Əhəmənilərin ənənəvi siyasətini davam etdirərək, Yaxın Şərqdəki zəngin Roma (Bizans) əyalətlərini işğal etməyə çalışmışdır; Onun hakimiyyətinin əsas hissəsi Bizansla müharibələr, Bəhram Çubin və Vistəhm kimi üsyançılarla mübarizədə keçmişdir.

Firdovsinin yazdığı "Şahnamə" və Nizami Gəncəvinin (1141–1209) yazdığı "Xosrov və Şirin" əsərlərində Xosrovun həyatının daha romantik olan uydurma versiyası işlənmişdir ki, bununla da Xosrov farsdilli ədəbiyyatın (sonradan həm də türkdilli ədəbiyyatın) əsas qəhrəmanlarından biri olmuşdur. "Xosrov və Şirin" əhvalatında sonradan Sasani məlaikəsi olmuş Şahzadə Şirin və II Xosrovun məhəbbət macərası, uzun mübarizə və çətinliklərdən sonra qovuşmaları təsvir edilmişdir.

Həyatı

Erkən həyatı II Xosrov təxminən 570-ci illərdə dünyaya gəlmişdir; atası IV Hörmüz, anası isə Parfiyanın yeddi böyük sülaləsindən biri olan İspahbudan sülaləsindən olan qadındır; həyatının ilk dövrlərində qardaşları Vinduyə və Vistəhmin ciddi təsiri olmuşdur.

Şəxsiyyəti və bacarıqları Tarixçi Təbəri II Xosrovu belə təsvir edir:

Əfsanəyə görə, Xosrov Pərvizin içində 3000 konkubina saxlanılan şəbistanı olmuşdur.

Taxta gəlməsi Xosrov, əmiləri Vistəhm və Viduyə tərəfindən törədilmiş saray çevrilişi nəticəsində atası IV Hörmüzün kor edilərək hakimiyyətdən uzaqlaşdırılmasından sonra hakimiyyətə gətirilmişdir.Pourshariati (2008), pp. 127–128, 131–132 Həmin dövrdə Mehrani spəhbodu Bəhram Çubin də Ktesifonu ələ keçirməyə çalışırdı. Bəhramın Ktesifonu ələ keçirməsinin qarşısını ala bilməyən Xosrov və qardaşları şəhəri tərk edərək qaçmağa məcbur oldular.

571-ci ildə Bizansla başlamış müharibə hələ davam edirdi. Buna görə də, II Xosrov Suriyaya qaçır, burdan isə Konstantinopola gedərək Bizans imperatoru II Mavriki (582–602) ilə görüşür. İmperator II Xosrova taxtını geri qaytarmaqda kömək etməyə razılıq verir. Əvəzində Xosrov taxta gəldikdən sonra Amid, Harran, Dara və Miyafarigin ərazilərində Bizansın hakimiyyətini tanımağı öhdəsinə götürür. Bundan əlavə, Sasanilər Ermənistan Və İberiyanın işlərinə qarışmamağa, Bizansın Lazistan ərazisinə iddia etməməyə razılıq verməli idi.Dinəvəri, Akhbâr al-tiwâl, pp. 91–92;

Əsas zadəganlar vilayət hakimləri, şəhər hakimləri, hərbi rəhbərlər və eləsə də Sasani hərbi zadəganlarının böyük bir qismi II Xosrovu Sasani şahənşahı kimi qəbul etdi. Bundan sonra, 591-ci ildə Xosrov Bizans ordusu ilə birgə Ktesifona qayıdır, Balarton döyüşündə VI Bəhramı məğlub edir və taxtı ələ keçirir. Bəhram Çubin ölkənin şərqinə qaçaraq Bəlx və ya FərqanəGumilev L. N. Bahram Chubin, pp. 229–230 ərazisində məskunlaşır.

Lakin, bir neçə il sonra Bəhram II Xosrov tərəfindən göndərilmiş assasin tərəfindən öldürülür. Bundan sonra Bizansla sülh əldə edilir. Yardımına görə, imperator Mavriki Şərqi Ermənistanın böyük bir hissəsini, Qərbi İberiyanı əldə etdi, həmçinin farslara əvvəl ödənilərn vergilər ləğv edildi.

Sonrakı həyatı

Vistəhm üsyanı Hakimiyyətə gəldikdən sonra Xosrov əmilərinin ikisinə də vəzifə verdi: Vinduyə xəzinədar və baş vəzir oldu, Vistəhm isə İspəhbudan nəslinin vətəni olan, Tabasaran və Xorasanı əhatə edən Şərq əyalətinin spahbedi oldu.Shapur Shahbazi (1989), BESṬĀM O BENDŌY Pourshariati (2008), pp. 131–132 Lakin, tezliklə Xosrov öz fikrini dəyişdi: atasının öldürülməsi haqqında düşünərək, özünü belə bir hadisədən sığortalamaq üçün əmilərini öldürtmək qərarına gəldi. Ənənəvi olaraq Sasani monarxları hansısa zadəganların onlardan daha güclü olmasına imkan vermirdilər və Xosrovun belə bir qərar verməsində əmisi Vinduyənin həddən artıq güclənməsi də öz rolunu oynamışdır. Qardaşının yanına, Şərq əyalətinə qaçmağa çalışan Vinduyə tutularaq edam etdirilir.Pourshariati (2008), pp. 132, 134 Bundan sonra Vistəhm açıq üsyana başlayır. Dinəvərinin verdiyi məlumata görə, o, Parfiya (Arşaki) nəslindən olduğunu əsas gətirərək, Sasani taxtına iddia irəli sürür: "Sizin hakimiyyətə məndən daha çox haqqınız yoxdur. Əksinə, İskəndərlə döyüşən Daranın oğlu Daradan gələn soyuma görə mən daha çox layiqəm o taxta. Siz Sasanilər hiyləylə bizim [Arşakilərin] üzərində hakimiyyətə nail olmusuz və uzurpasiya edərək, bizim haqqımızı qəsb etmisiniz. Sənin əcdadın Sasan çobandan başqa bir şey olmamışdır."

Bəhram Çubin kimi, Vistəhmin də üsyanı tezliklə özünə çoxlu tərəfdaşlar tapa bilir və geniş əraziyə yayılır. Vistəhmin Bəhramın bacısı Qordiyə ilə evlənməsindən sonra, yerli zadəganlar və Bəhramın ordusunun qalıqları da ona qoşuldu. Tezliklə Vistəhm Sasanilər imperiyasının Şərqdə Amudərya (Oksus) çayından Qərbdə Ərdəbilə qədər olan geniş bir ərazisinə nəzarət edirdi. Şərqə hücum edən Vistəhm, Transoksiana, Şauq və Pariovk ərazilərinin hakimi olan üç eftalit şahzadəsini ələ keçirdi.Pourshariati (2008), pp. 132–133, 135

Ümumilikdə Vistəhmin hansı tarixdə üsyan qaldırması dəqiq bilinmir. Sikkələrdən əladə edilmiş məlumata əsasən demək olar ki, onun üsyanı yeddi il ərzində davam etmişdir. Ümumi qəbul edilmiş tarix 590–596-cı illər olsa da, C. D. Hovard-Conston və P. Purşəriəti kimi bəzi tədqiqatçılar üsyanın Vahevuni erməni üsyanına təkan verdiyini əsas gətirərək 594/5-ci illərə çəkirlər.Pourshariati (2008), pp. 133–134

Vistəhm qərbdə Midiya ərazisini təhdid etməyə başladıqda, Xosrov ona qarşı bir neçə ordu birləşməsi göndərsə də, yekun nəticəyə nail ola bilmir: Vistəhmin rəhbərlik etdiyi üsyançılar Gilanın dağlıq ərazilərinə sığınırlar, bu arada erməni hökmdar ordusunun bir neçə sərkərdəsi də üsyan edərək, Vistəhmə qoşulur. Nəhayət, Xosrov erməni mərzban Smbat Baqratunini üsyançıların üstünə göndərir və o, Qumis yaxınlığında Vistəhmlə toqquşur. Döyüş zamanı Xosrovun xahişi ilə (bəzi mənbələrə görə, Qordiyənin xahişi ilə) Vistəhm Pariovkdan olan eftalit şahzadəsi tərəfindən öldürülür. Buna baxmayaraq, Vistəhmin üsyançıları Qumis yaxınlığında şah ordusuna üstün gələ bilir, Xosrov üsyanı tamamilə yatıra bilmək üçün növbəti il Smabtın başçılığı ilə daha bir ordu göndərməli olur.Pourshariati (2008), pp. 136–137

II Xosrovun hakimiyyəti dövründə musiqi II Xosrovun hakimiyyəti, musiqinin qızıl dövrü idi. II Xosrovdan əvvəl hakimiyyətdə olmuş I Xosrov, Bəhram Gur, həmçinin I Ərdəşir kimi hökmdarlar da musiqiyə böyük maraq göstərmişdilər. II Xosrovun hakimiyyəti dövründə Barbəd, Bəmşad, Sərkəş və Nikisa kimi məşhur musiqiçilər yaşamışlar.

Dini siyasəti II Xosrov Şirin adlı xristianla evlənmiş və onu ölkənin məlaikəsi elan etmişdi. Şirin Xosrovdan olan övladı Mərdanşahı taxta gətirməyə çalışırdı. Xosrovun xristianlıqla əlaqələri mürəkkəb idi: onun arvadı Şirin və maliyyə naziri Yəzdin xristian idi.Peter Brown: The Rise of Western Christendom. 2. erweiterte Auflage. Oxford 2003, S. 283. Onun hakimiyyəti dövründə monofizit və nestorian xristianlar arasında mübahisələr gedirdi. II Xosrov monofizitliyə üstünlük verərək, bütün xristian təbəələrinin bu məzhəbə itaət etməsini buyurmuşdu və ola bilsin ki, bu qərarı verməkdə ona monofizit olan Şirin və saray həkimi Sincarlı Qabriel təsir göstərmişdi. Onun xristianlara qarşı müsbət münasibəti zərdüşti kahinlər arasında nüfuzunun aşağı olmasına gətirib çıxarmışdı.

Ləxmilər krallığında hakimiyyətin ləğvi 600-cü ildə Xosrovun qızı ilə evlənmək istəyərək fars qadınlarını təhqir etdiyinə görə Hiyrədə hakimiyyət sürən Ləxmilər sülaləsinin son hökmdarı III Əl Numan ibn əl-Mundir edam etdirildi. Bundan sonra Ləxmilərin hökm sürdüyü ərazi mərkəzi hakimiyyətə tabe edildi, sülaləyə isə son qoyuldu. Nəticədə bu Aşağı İraqda müharibənin başlamasına və İslam xəlifələrinin Sasanilər imperiyası üzərinə hücumlarına əsas verdi.Richard Nelson Frye, The History of Ancient Iran, p 330.

Sasani-Bizans müharibəsi right|thumb|330px|Sasani və Bizans imperiyalarının sərhədləri. Hakimiyyətinin başlanğıcında II Xosrovun Bizansa qarşı münasibəti yaxşı idi. Lakin 602-ci ildə imperator Mavrikinin sərkərdələrindən biri Foka (602–610) tərəfindən öldürülərək, Bizans taxtının uzurpasiyya edilməsindən sonra Xosrov Bizansa qarşı müharibəyə başladı: bəhanə Mavrikinin öldürülməsi olsa da, əsas məqsəd mümkün qədər çox Bizans ərazisini işğal etmək idi. Sərkərdəsi Fərruxan Şəhrvaraz və digər məşhur sərkərdələrlə birgə hərəkət edən Xosrov, 604-cü ildə qısa müddət ərzində Dara və Edessanı tutdu, daha sonra isə Mavrikinin hakimiyyəti dövründə Bizansa verilmiş əraziləri qaytardı, bununla da Sasani-Bizans sərhəddləri 591-ci ildəki vəziyyətinə qaytarıldı. İtirilmiş əraziləri qaytardıqdan sonra, Xosrov özü döyüş meydanından çəkildi və orduya komandanlığı sərkərdələri Şəhrvaraz və Şahin Vəhmənzadəgana tapşırdı. Bundan sonra ikiyə bölünən Sasani ordusu Suriya və Kiçik Asiyada irəliləyərək 608-ci ildə Xalkedonda birləşdi.

610-cu ildə erməniTreadgold 1997, p. 287. İrakli üsyan edərək imperator Fokanı öldürdü və özünü yeni Bizans imperatoru elan etdi. Bundan sonra o, diplomatlar göndərərək sülh əldə etmək üçün danışıqlara başlayır. Lakin, Xosrov onların təklifini rədd edərək deyir: "Bu krallıq mənə məxsusdur və mən Mavrikinin oğlu Feodosini taxta gətirməliyəm. [İrakliyə gəlincə], o bizim razılığımız olmadan hakimiyyəti ələ keçirib, indi izə öz qızılımız ilə bizi ələ almağa çalışır. Lakin, onun əlləri mənim əlimdə olmayınca, mən dayanmayacam." Bundan sonra Xosrov diplomatları edam etdirmişdi.Sebeos, chapter 24

613–614-cü illərdə sərkərdə Şəhrvaraz Dəməşq və Yerusəlimi mühasirəyə alaraq ələ keçirdi, bundan sonra Əsl Xaçın triumfu başladı. Bir neçə dəfə Bizans ordusunun müqavimətini qıran Şahin Anadoluya daxil oldu; 618-ci ildə Misirdə qələbə çaldı. Bizans ordusu artıq müqavimət göstərmək gücündə deyildi, çünki, bir tərəfdən daxili çəkişmələr ordunu zəiflətmiş, digər tərəfdən imperiyanın Qərb sərhədlərini təhdid edən avarlar və slavyan tayfaları Dunay çayı sahillərinə qədər irəliləmişdilər.

Ağ hunların işğalı 606–607-ci illərdə Mərkəzi İran ərazisindəki Spahan satraplığına basqın etmiş ağ hunların dəf edilməsi üçün Xosrov IV Smbat Baqratunini Pers Ermənistanından İrana dəvət etdi. Sasani şahzadəsi Datoyeanın köməkliyi ilə Smbat ağ hunları İran ərazisindən çıxardı, daha sonra isə onların Xorasanın şərqində yerləşən yurdlarına hücum etdi. Xosrov ona "Xosrov Şun" (Xosrovun şənliyi və ya məmnunluğu) fəxri adını verdi, oğlu II Varaztirots Baqratuni isə "Cavitean Xosrov" (Əbədi Xosrov)Martindale, Jones & Morris (1992), pp. 1363–1364Pourshariati (2008), pp. 153–154 fəxri adını daşımağa başladı. Sebeos bu hadisələri belə təsvir edir:

Bizans işğalı və mübarizə 622-ci ildə Bizans imperatoru İrakli güclü ordu ilə meydana çıxdı. 624-cü ildə o Şimali Atropatena ərazisinə soxuldu və burada Fərrux Hörmüz və Xosrova qarşı üsyan etmiş Rüstəm Fərruxzad tərəfindən qarşılandı.Pourshariati (2008), pp. 152–153 Bundan sonra Atropatena şəhərlərini talan edən İrakli Qazaka şəhərindəki məşhur Azərgüşnasp məbədini də dağıtdı.

Bir neçə il sonra, 626-cı ildə Lazistanı (Kolxida) tutdu. Elə həmin il Bosfor sahilində yerləşən Xalkedona qədər irəliləyən Şəhrbaraz avarların da dəstəyi ilə Konstantinopolu tutmağa cəhd etdi. Lakin bu manevr uğurlu alınmır, hücum dəf edilir, 628-ci ildə fars ordusu Anadoluya doğru geri çəkildi.