Məzmun Film Azərbaycanın xalq artisti, bəstəkar Xəyyam Mirzəzadədən bəhs edir.

Filmin çəkilişləri M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Üzeyir Hacıbəyovun ev muzeyində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və İçərişəhər Dövlət Qoruğunda aparılmışdır.

Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto sənədləri arxivindən və Xəyyam Mirzəzadənin şəxsi arxivindən istifadə edilmişdir.

Filmdə sözləri Bəxtiyar Vahabzadənin olan "Ötən günlər" mahnısı Oqtay Ağayevin ifasında səslənir. Ramiz Rövşənin "Tək əl" şeiri müəllifin öz ifasında səslənir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Tofiq İsmayılov Rejissor: Tofiq İsmayılov Baş prodüser: Əliağa Məmmədov, Böyükağa Məmmədov Rejissor assistenti: Qalib Bağırov, Mahmud Məmmədov Operator: Ziya Babayev Operator assistenti: Fərrux Həsənov Xüsusi texnika operatoru: Əli Əliyev Səs rejissoru: Azad Vəliyev Səs operatoru: Altay Useyinov Montaj: Hüseyn Quliyev, Elmin Seyidli Mətnin tərcüməsi: Rövşən Ramizoğlu İnzibatçı: Vilayət Paşayev Fotoqraf: İlham Kişiyev İşıqçı: Əlizadə Rüstəmov, Rəşad İlyasov Rəng korreksiyası: Hüseyn Quliyev Musiqi redaktoru: Rauf Əliyev Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi) Texniki direktor: Hüseyn Hüseynov İcraçı prodüser: Kamil Məmmədov

Filmdə iştirak edənlər Fərəc Qarayev Sərdar Fərəcov Vaqif Səmədoğlu Bəxtiyar Vahabzadə (arxiv kadrlar) Murad Adıgözəlzadə (piano) Rasimə Babayeva (orqan) Könül Əmirova (arfa) Anar Məmmədov (klarnet)

Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Xəyyam Mirzəzadə haqqında filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Sənədli televiziya filmləri