Kərim xan Muxtarəssəltənə — Qacarlar dövlətinin daxili işlər naziri.

Həyatı Kərim xan əvvəlcə İran Kazak diviziyasında xidmət etmişdi. Polkovnik Aleksey Domontoviçin komondirliyi dövründə (1879–1882) bu hərbi birləşməyə qatılmışdı.

Kərim xan 1894-cü ildə Nizəssəltənə ləqəbini almışdı. Elə həmin ilin payızında Əmir xan Sərdari-Əzəmlə Rusiyaya yollanmışdı. Çar III Aleksandrın təziyyəsində, yeni çar II Nikolayın tacgüzarlığında iştirak etmişdi.

Kərim xan Astrabad və Damğanın hakimi olmuşdu.

Kərim xan 1895-ci ildə Münəzzəməssəltənə ləqəbinə layiq görülmüşdü. 1897-ci ildə İngiltərəyə yollanmışdı. Bir sıra təşrifatlarda iştirak etmişdi. İrana dönəndən sonra Nəzmiyyə idarəsində çalışmışdı. Bu idarədə işləyərkən Muxtarəssəltənə ləqəbini almışdı.

Kərim xan Muxtarəssəltənə 1903-cü ildə vəfat edib.

Ailəsi Kərim xan Muxtarəssəltənə Rüknəddin adlı oğlu vardı.

Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

İstinadlar

Həmçinin bax İran Kazak diviziyası

Xarici keçidlər Muxtarəssəltənə Muxtarəssəltənə

Kateqoriya:İran nazirləri Kateqoriya:İranın daxili işlər nazirləri Kateqoriya:İran hərbçiləri Kateqoriya:İran diplomatları Kateqoriya:Diplomatlar