Denis İvanoviç Fonvizin (, 14.4.1745-12.12.1792) — Rusiya ədibi.
Həyatı
Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur.
Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Fonvizin 12 dekabr 1792-ci ildə Peterburq şəhərində vəfat etmişdir.
Həmçinin bax
Xarici keçidlər Недоросль Д.И. Фонвизин Малый театр #ПолныеВерсииСпектаклей
İstinadlar
Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:Rusiya şairləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Alman dilindən tərcümə edənlər Kateqoriya:XVIII əsr dilçiləri Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya imperiyası dilçiləri Kateqoriya:XVIII əsr şairləri Kateqoriya:XVIII əsr yazıçıları Kateqoriya:Rus şairlər Kateqoriya:XVIII əsr tərcüməçiləri Kateqoriya:Rusiya dramaturqları