Ləxmilər () və ya Banu Ləxm () — Ərəb əmir sülaləsi.

Tarixi Ləxmilər və ya Banu Ləxm (bəzən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq Ali-Münzir də deyirlər) üçüncü əsrin sonundan Hirə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hirə şahları Sasani dövlətinə tabe olmuş, Roma imperiyası ilə müharibədə onlara kömək etmişlər.Esat Ayyıldız, "Lahmîlerin Arap Edebiyatına Etkisi", 2nd International Archeology, Art, History and Cultural Heritage Congress, ed. Kenan Beşaltı (Şanlıurfa: Iksad Yayınevi, 2022), 38–44.

Görünür Hirə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hirə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hirə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Bizans imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.

Bu sülalənin ən məşhur şahlarından biri Numan ibn Qeyeydir ki, V əsrin əvvəllərində hakimiyyət etmişdir. O, Sədir və Xuvərnəç saraylarını tikdirmişdir. Numan Sasani şahı Yəzdəgerdin atası Bəhramla dost olmuşdur. Deyilənə görə o, bu sarayları Bəhramın istirahət etməsi üçün tikdirmişdir. Məlumata görə tikinti qurtardıqdan sonra, sarayın memarlıq sirrləri öyrənilməsin deyə, Sinimmar adlı me’mar öldürülmüşdür. Numan ibn Münzir bu ailənin sonuncu adlı-sanlı şahlarından olmuşdur. Deyilənə görə Xosrov Pərviz (Sasani şahı) qəzəblənərək onu yanına çağırıb öldürmüşdür. Hər halda islam dini zahir olan zaman bu ailənin heç bir qüdrəti qalmamışdı. Bu qəbilənin sonuncu başçısı Münzər ibn Numandır ki, onun hakimiyyət dövrü Xalid ibn Vəlidin Hirəyə gələn vaxtına təsadüf edir.

Ədəbiyyar Esat Ayyıldız, "Lahmîlerin Arap Edebiyatına Etkisi", 2nd International Archeology, Art, History and Cultural Heritage Congress, ed. Kenan Beşaltı (Şanlıurfa: Iksad Yayınevi, 2022), 38–44.

İstinadlar Kateqoriya:Ləxmilər Kateqoriya:İraq tarixi Kateqoriya:III əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:VII əsrdə ləğv olunmuş dövlətlər və ərazilər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:İslam tarixi Kateqoriya:Sülalələr

Xarici keçidlər

Kateqoriya:Ərəbistan qəbilələri