Məzmunu Abdulla (Mikayıl Mirzə) sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi.

Televiziya tamaşası haqqında Film Mixail Cavaxişvilinin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.

Səhvlər Hakim Abdullanı dindirəndə onun əlləri arxadan bağlıdır. Lakin növbəti kadrların birində "mən günahsızam" deyərək əllərini önə doğru uzadır. Bir kadr sonra isə onun əlləri yenə də bağlıdır.

Televiziya tamaşasının heyəti

Televiziya tamaşası üzərində işləyənlər Əsərin müəllifi: Mixail Cavaxişvili Ssenari müəllifi: Dilsuz Mustafayev Quruluşçu rejissor: Ramiz Mirzəyev Quruluşçu operator: Eldar Məmmədov Quruluşçu rəssam: Rəfael Əlizadə (Rafael Əlizadə kimi) Bəstəkar: Cavanşir Quliyev Səs rejissoru: Mikayıl Vəkilov Operatorlar: Yusif Dadaşov, Əlövsət Aslanov, Elman Aslanov Rejissor assistenti: Adil Bünyadov Rəssam: Azər Cəbrayılov Qrim rəssamı: Aslan Qafarov

Rollarda Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Abdulla Hamlet Qurbanov — hakim Sofa Bəsirzadə (Sofiya Bəsirzadə kimi) — Zöhrə Səidə Quliyeva — Fatma Ramiz Məlikov — Şakro Şahin Cəbrayılov — I dustaq İlham Əsgərov — II dustaq Elxan Quliyev — keşikçi Rüstəm Əliyev — Əliqurban Məzahir Cəlilov — Hüseyn Fərhad İsrafilov — Mustafa Mustafa Süleymanov — kəndli

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanda nümayiş olunan teatr tamaşaları Kateqoriya:Ramiz Həsənoğlunun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması