Mirzə Saleh xan Hacı Mehdi oğlu Asəfəddövlə () — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim.
Həyatı Mirzə Saleh xan Asəfəddövlə Hacı Mehdi Kələntərin ailəsində Təbriz şəhərində, Bağmeşə məhəlləsində anadan olmuşdu. Mirzə İbrahim xan Kələntəriin böyük qardaşıdır. O, əvvəlcə Vəziri-Əkrəm ləqəbini daşıyırdı. Hacı Rzaqulu xan Şahsevən vəfat edəndən sonra onun Asəfəddövlə ləqəbini aldı.
O, Təbriz, Qəzvin, Gilan və Zəncan əyalətlərinin valisi olmuşdu.
Mirzə Saleh xan Asəfəddövlə 1929-cu ildə vəfat edib.
Mənbə Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh; Ənvər Çingizoğlu, Kələntər ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №9, səh.52–55;
İstinadlar
Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:Kələntərilər Kateqoriya:Qəzvin hakimləri Kateqoriya:Zəncan hakimləri
fa:میرزا صالح آصفالدوله