Teymur Mikayıl oğlu Kərimov () — Timur Rodrigez səhnə adı ilə tanınan Azərbaycan əsilli rusiyalı şoumen, aparıcı, müğənni və aktyor. Rusiya telekanallarında efirə gedən KVN və Comedy Club kimi proqramların iştirakçısı, eləcə də Krokodil, Sexy chart, Tantsi bez pravil kimi proqramların aparıcısı olaraq məşhurluq qazanmışdır.
2010-cu ildə o Ani Lorak ilə hit bir duetə, "Uvleçeniye" () mahnısına imza atır. 2013-cü ildə "O tebe" (), 2015-ci ildə isə "Novıy mir" () albomlarını buraxmışdır. thumb|left|200px|Timur və həyat yoldaşı Anna Muz TV, HTB, THT, Musicbox kimi kanallarda bir çox proqamların aparıcısı olmuş Timur, Penzada dünyaya gəlmişdir. Atası azərbaycanlı, kukla teatrının aktyoru Mikayıl Kərimov, anası isə yəhudi əsilli, alman və ingilis dilləri müəllimi Zlata Yefimovna Levinadır. Ailəlidir, 2 övladı var. Həyat yoldaşı Anna Devoçkina ilə 2007-ci ilə ailə həyatı qurmuşdur. Cütlüyün 2009-cu ildə Migel, 2012-ci ildə isə Daniel adlı oğlu dünyaya gəlmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya müğənniləri