Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal.
Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir.
Tarixi Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb.
"Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb."Elm və həyat" jurnalının 50 yaşı qeyd edilib
Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Jurnalın redaksiya heyəti İsa Həbibbəyli — AMEA-nın prezidenti, akademik Ağahüseyn Şükürov — AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Arif Həşimov — AMEA-nın I vitse-prezidenti v.i.e., akademik-katib, akademik Dilqəm Tağıyev — AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev — AMEA-nın vitse-prezidenti, akademik Ömər Eldarov — Akademik Rasim Əliquliyev — AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova — AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva — AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev — AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva — AMEA-nın vitse-prezidenti v.i.e., akademik Cəmil Əliyev — AMEA Rəyasət Heyətinin üzvü, akademik Əhliman Əmiraslanov — Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik İsmayıl Hacıyev — AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik Fuad Əliyev — AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fərhad Xəlilov — Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Firəngiz Əlizadə — Azərbaycan Bəstəkarlar İttifaqının sədri Oktay Qasımov — AMEA-nın müxbir üzvü
Jurnalın beynəlxalq heyəti Se Fuçjan — Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Mehmet Həkimoğlu — Türkiyə, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Müzəffər Şəkər — Türkiyə Elmlər Akademiyasının prezidenti, professor, doktor Behzad Yuldaşev — Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Murat Jurinov — Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Taliya Xabriyeva — Rusiya Elmlər Akademiyası prezidentinin müavini, akademik Nikolay Sokolovski — Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutunun əməkdaşı, professor Boris Nikolov — Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Stefani Sini — İtaliya (professor)
Xarici keçidlər Elm və həyat jurnalının arxivi Elm və həyat jurnalının rəsmi feysbuk hesabı
İstinadlar
Kateqoriya:Bakı jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Elm haqqında əsərlər