Məhəmməd Nəcibulla ( — Mohammad Najibullāh; ) — Əfqanıstanın siyasi xadimi, diplomat.
Həyatı
Tələbə-təbib, kommunist-"pərçamçı", İranda səfir, sonra Əfqanıstan Xalq-demokrat partiyasının daxilindəki "Xalk" fraksiyasının qalibiyyəti ilə vətəndşlığı əlindən alınan mühacir. Həmin vaxt o, Moskvaya sığındı və Kabula yalnız sovet qoşunları ilə bərabər qayıtdı.
Sonra Əfqanıstan "KQB"-sinin rəhbəri, 1986-cı ildən isə prezident oldu. Sovet qoşunları 1989-cu ildə çıxıb getdi, Nəcibulla isə daha 3 il hakimiyyətdə qaldı. Sonra hakimiyyəti koalision hökumətə təhvil verdi, qadınını və 3 qızını Dehliyə yollayıb özü Kabulda qaldı. 4 il BMT-nin Kabuldakı nümayəndəliyinin ofisində yaşadı.
1996-nın 26 sentyabrında taliblər qəfildən paytaxtı tutarkən Nəcibullanı xilas etmək barədə bir kimsə düşünmədi. Əslində isə bütün tərəflər onun ölümünü istəyirdi - əsas şahid aradan çıxarılmalıydı.
Son dəqiqələrində Pakistan xüsusi xidməti ona "Düren xətti" (2 ölkənin mübahisəli sərhədlərinə son qoymaq) ilə bağlı sənədə imza etdirə bilmədilər. Döydülər, işgəncə verdilər, maşına bağlayıb sürüdülər, səhərisi günsə qardaşı ilə birlikdə camaatın gözü qabağında asdılar. Onun qismətinə dəhşətli ölüm, alçaldılma və uzun aqoniya düşdü. Şapur Əhmədzayın cəsədi 1 gün sonra dəfn üçün verilsə də, Nəcibullanın meyiti 1 həftə asılı qaldı. Sonra da naməlum yerdə bir quyuya gömdülər. Hamısı "tərəqqipərvər bəşəriyyət"in və "dünyanın ağaları"nın lal sükutu ilə müşayiət olundu.
İstinadlar
Xarici keçidlər 10 лет без Наджибуллы Биография Наджибуллы «РОССИЙСКИЕ ВЕСТИ»: Мухаммед Наджибулла: смерть на «линии Дюранда» Фотографии казнённого Наджибуллы
Kateqoriya:Əfqanıstan siyasətçiləri Kateqoriya:Diplomatlar Kateqoriya:Puştunlar Kateqoriya:Qardezdə dəfn olunanlar Kateqoriya:Asılaraq edam olunanlar Kateqoriya:Öldürülmüş prezidentlər Kateqoriya:Qətl qurbanları Kateqoriya:Marksistlər Kateqoriya:Əfqanıstan prezidentləri Kateqoriya:XX əsr həkimləri