Məzmun 1949-1953-cü illərdə Bakı neftçiləri tərəfindən Xəzər dənizində neft yataqlarından istifadə olunması haqqında poetik hekayədir. Bu bədii-sənədli film nəinki Azərbaycan kinosunda, həm də bütünlükdə sovet sənədli kinematoqrafiyasının inkişafında görkəmli rol oynamışdır.
Kino əsəri dünyada ilk dəfə dənizin dibindən neft çıxarmağa başlayan Bakı neftçilərinin əmək qəhrəmanlığından bəhs edir.
Burada Neft daşlarının yaradılmasından, əmək qəhrəmanları Qurban Abbasov, Mixail Kaveroçkin və başqa neftçilərin hünərindən, ilk buruğun neft fontanı vurmasından, neftçilərin qəhrəmanlıq göstərərək buruqda baş verəcək fəlakətin-yanğının qarşısını almalarından danışılır.
Festivallar və mükafatlar 1) 1960-cı ildə Rejissor Roman Karmen, operatorlar Cavanşir Məmmədov, Sergey Medınski filmə görə Lenin Mükafatı almışdır.
Film haqqında 2008-ci ildə filmin ilk rəngli elektron nüsxəsi Rusiya arxivindən Dövlət Film Fonduna hədiyyə olunmuşdur. O vaxta qədər fondda filmin ağ-qara versiyası saxlanılırdı.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Roman Karmen Ssenari müəllifi: İosif Osipov, İmran Qasımov, Roman Karmen Operator: Roman Karmen, Cavanşir Məmmədov, Arkadi Zenyavin, Sergey Medınski Bəstəkar: Qara Qarayev Səs operatoru: Ağahüseyn Kərimov İkinci rejissor: Məmməd Əlili Sualtı çəkilişlərin operatoru: F. Leontoviç Mahnıları ifa edən: Rəşid Behbudov
Filmdə iştirak edən Rəşid Behbudov
Mənbə Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist. — 1958.- 29 avqust. М. Рзаева. О двух фильмах Романа Кармена. "Изв. АН Азерб. ССР (серия общ. наук), 1962, № 9. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 118; 130-139. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər Filmi izlə
Həmçinin bax Dənizi fəth edənlər (film, 1959)
Kateqoriya:1953-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii-sənədli filmlər