Seyid Əbülqasim Xoyi () — müctəhid, ayətullah əl-üzma.
Həyatı Əbulqasim ibn Əliəkbər ibn Haşim Musəvi Xoyi q. 1371-ci ildə (15 rəcəb) Xoy şəhərində dünyaya göz açmışdır. Məşrutə hərəkatı dönəmində yaranan problemlərdən sonra atası Nəcəf şəhərinə köçmüşdür. Bundan iki il sonra isə (1330-cu ildə) oğlu atasının yanına getmişdir.
O, Nəcəfdə dövrünün Şeyx Fəthullah, Ayətullah Naini, Ayətullah Kompani, Seyid Hüseyn Badkubi və s. məşhur alimlərinin dərslərində iştirak edərək ictihad dərəcəsinə yetir. Mərhum Ayətullah Xoyi İslam elmlərinə böyük xidmətlər etmişdir.
Onun Üsul elmində özünəməxsus metodu olmuşdur. Təsadüfi deyil ki, İran İslam İnqilabının lideri Ayətullah Xamenei onun haqqında deyir: "Biz, Mərhum Ayətullah Xoyiyə yalnız bir mərcəi-təqlid deyil, həm də böyük tədqiqatçı, pedaqoq və müəllif kimi baxırıq. Onun keçdiyi şərəfli həyat yoluna baxdıqda bir çox elmlərdə mütəxəssis olduğu tam aydın görünür".
Ayətullah Xoyinin ömrünün bərəkəti bu gün də İslam aləmində hiss olunmaqdadır. Günümüzdə ən böyük mərcəi-təqlidlər onun ömrünün bəhrəsidir. Belələrinə Ayətullah Seyid Əli-Hüseyn Sistani, Mərhum Ayətullah Cavad Təbrizi, Ayətullah Vəhid Xorasani və digərlərini nümunə göstərmək olar.
Seyid Əbülqasim Xoyi 8 avqust 1992-ci ildə İraqda, Kufə şəhərində vəfat edib. Həzrət Əlinin mübarək hərəmi yaxınlığında dəfn edilib.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər Official website Imam Al-Khoei Foundation
Kateqoriya:Müctəhidlər Kateqoriya:Xoyda doğulanlar Kateqoriya:Kufədə vəfat edənlər Kateqoriya:Musəvilər Kateqoriya:Seyidlər Kateqoriya:İranlı şiə din xadimləri Kateqoriya:İraq ayətullahları Kateqoriya:Müsəlman teoloqlar