Biləsuvar (əvvəlki adı: Puşkin) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Biləsuvar şəhər inzibati ərazi dairəsində şəhər, Biləsuvar rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin şəhərinin tarixi adı özünə qaytarılaraq, Biləsuvar şəhəri adlandırılmışdır.

Toponimikası Şəhərin adı ilk dəfə XIII əsrə aid mənbələrdə çəkilir. Mənbələrin verdiyi məlumata görə, Sasani şahı Xosrov Ənuşirəvan (531-579) Kür-Araz ovalığına 10 min suvar yerləşdirmişdi. Bu məlumat toponimin ikinci komponentinin etnonim olmasını təsdiqləyir. Bilə komponenti toponimiyada "çöl", "səhra", "düzən" mənalarında da işlənir. Bu baxımdan Biləsuvar toponimi etnotoponim olub, "Suvar düzü, suvarların yaşadığı düzənlik yer" deməkdir. Yaşayış məntəqəsi 1930-cu ildə rus şairi A.S.Puşkinin şərəfinə Puşkin adlandırılmışdı. 1991-ci ildən ərazinin qədim adı Biləsuvar özünə qaytarılmışdır.

Tarixi XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissənin əhalisi 1914-cü ildə Rusiya İmperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. Şəhər 1966-cı ilə qədər Puşkin qəsəbəsi adlanmışdır. Həmin il qəsəbəyə şəhər statusu verilmişdir.

Tarixi abidələri Biləsuvar şəhərində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi861Çöl Ağdam şəhərciyi İlk orta əsrlərBiləsuvar şəhərinin qərbindəArxeolojiÖlkə862İçəri Ağdam yaşayış yeri İlk orta əsrlərBiləsuvar şəhərinin qərbindəArxeolojiÖlkə4162Şəhriyar qalası Orta əsrlərBiləsuvar şəhərindən 9 km. qərbdəMemarlıqYerli5627A.S.Puşkinin büstü Qeyd olunmayıbBiləsuvar şəhəri,Axundov küçəsiMonumental və xatirəYerli5628Böyük Vətən müharibəsində həlak olmuşhəmvətənlərimizin xatirə abidəsi Qeyd olunmayıbBiləsuvar şəhəri,Axundov küçəsi 99Monumental və xatirəYerli5788Ağdam qalası Orta əsrlərBiləsuvar şəhərindən8 km cənubdaArxeolojiYerli

Coğrafiyası və iqlimi Şəhər Muğan düzündə, Salyan dəmir yolu stansiyasından 44 kilometr cənub-qərbdə və paytaxt Bakıdan 182 kilometr aralıda yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199917279829289872009↗20098↗10045↗10053

İqtisadiyyatı

Mədəniyyəti Şəhərdə Biləsuvar rayon Mərkəzi Kitabxanası, 1 №-li, 2 №-li və 3 №-li şəhər kitabxana filialları, Biləsuvar rayon Mədəniyyət Evi, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi, Biləsuvar rayon Heydər Əliyev Mərkəzi, Biləsuvar Dövlət Rəsm Qalereyası, Azərpoçt MMC Biləsuvar Müştəri Xidmətləri Şöbəsi (AZ1300), Biləsuvar 1 saylı Poçt Şöbəsi (AZ1301) və Biləsuvar Mərkəzi EATS fəaliyyət göstərir.

Təhsil Şəhərdə 1 saylı, 2 saylı, 4 saylı və 6 saylı tam orta məktəblər, 1 saylı ümumi orta məktəb, Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-lisey, Uşaq-Gənclər Şahmat-İdman Məktəbi və Biləsuvar şəhər Uşaq İncəsənət Məktəbi fəaliyyət göstərir.

Bundan başqa şəhərdə 1 saylı, 2 saylı, 3 saylı uşaq bağçaları və Biləsuvar bağça-məktəb-lisey kompleksi fəaliyyətdədir.

Din Şəhərdə 28 dekabr 2009-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100109 A3-149 olan Biləsuvar şəhəri "İmam Hüseyn" məscidi dini icması, 11 yanvar 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A1-156 olan Biləsuvar şəhəri "Cümə" məscidi dini icması, 01 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-391 olan Biləsuvar şəhəri "İmam Zaman" məscidi dini icması və 02 iyun 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A3-394 olan Biləsuvar şəhəri "Əbulfəzl" məscidi dini icması fəaliyyət göstərir.

Səhiyyə Şəhərdə Biləsuvar rayon Mərkəzi Xəstəxanası və Biləsuvar rayon Mərkəzi Uşaq Xəstəxanası yerləşir.

Mətbuat Qəzet

Biləsuvar rayonu İcra Hakimiyyətinin orqanı olan "Məhsul" qəzeti 1931-ci ildə təsis edilmişdir.Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006 Qəzet ilk dəfə " Qırmızl pambıqçı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin ilk redaktoru Hüseyin Natiq olmuşdur.

Qəzet keçən əsrin əllinci illərində "Yeni Muğan" adı ilə çap olunmuşdur. Qəzetin redaktoru 1955-1957-ci illərdə Əliyev Musaxan İsaxan oğlu idi. Qəzet 1957-ci ildən hal-hazıra kimi "Məhsul" adı ilə nəşr olunur. 1957-2000-ci illərdə qəzetin baş redaktoru Əzizov Həmdulla Abdulla oğlu olmuşdur. 2000-2003-cü illərdə qəzetin redaktoru Quliyev Böyükbəy Həbib oğlu, 2003-2009-cu illərdə Şahbazov Surxay Qəhrəman oğlu və 2009-2016-cı illərdə Əhmədov Muxtar İsmayıl oğlu işləmişdir. 2017-ci ildən hal-hazıra kimi "Məhsul" qəzetinin baş redaktoru vəzifəsində Bağırov Qənbərəli Əliqulu oğlu fəaliyyətini davam etdirir.

Qəzetin bəzi buraxılışları

Şəkillər

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Biləsuvar rayonunun şəhərləri Kateqoriya:Azərbaycan-İran sərhəd keçid məntəqələri Kateqoriya:Bölünmüş şəhərlər Kateqoriya:Azərbaycanın adı dəyişdirilmiş yaşayış məntəqələri