thumb|right|200px|Vinland xəritəsi Vinland xəritəsi – xəritənin XV əsrə aid olduğu bildirilir. Xəritədə Vikinqlərin Şimali Amerikada kəşf etdikləri ərazilər əks olunmuşdur. Vinland xəritəsi ilə bağlı mühüm iddialardan biri, onun saxta olması və XX əsrin ortalarında hazırlanmasıdır. Xəritədə Afrika, Asiya, Avropa və Qrenlandiya təsvir edilmişdir. Atlantik okeanında yerləşən adalardan biri, şərti olaraq Viland adlandırılmışdır. Xəritədə Avropalıların adaya XI əsrdə gəldiləri göstərilib.

Yel Universitetinin və Britaniya muzeyinin professorları xəritənin XV əsrə aid olduğunu təsdiqləmişdilər.Skelton, Raleigh A. (ve diğerleri) (1995). The Vinland map and the Tartar Relation, 2nd edition. New Haven, CT: Yale University Press. ISBN 0-300-06520-5 Ən mühüm iddialardan biri XVII əsrdə xəritəyə həmin dövürdə olan xəritələrdən bəzi əlavələrin edilməsidir.Seaver, Kirsten A. (2004). Maps, Myths and Men. Stanford, CA: Stanford University Press. ISBN 0-8047-4963-9 Xəritənin yazılmasında istifadə olunan qələmin mürəkkəbinin ən çoxu 150 il əvvələ aid olması, bu fikir daha da gücləndirmişdir.Toew, Clark, Seaver (2008). Analysing The Vinland Map: A Critical Review of a Crtical Review 01 Kasım 2009 tarihinde erişilmiştir Bütün iddialara baxmayaraq, xəritənin XV əsrə aid olduğunu sübut edən dəlillər də çoxdur..

Tarixi Vinland xəritəsi 1957-ci ildə tapılmışdır. Həmin tarixə qədər, tarixi mənbələrdə adları çəkilən, lakin aşkar olunmayan xəritələr çox olsa da, onların arasında Vinland xəritəsi olmamışdır. Xəritə təsadüfi hadisə nəticəsində tapılmışdır. Londonda yaşayan yaşlı kişi evində olan bir sıra qədim və nadir əşyaları Britaniya muzeyinə bağışlamışdır. Xəritə də bağışlanılan qədim kitablardan birinin arasından tapılmışdır. Qədim əşyaları olan kişi Hystoria Tartororum adlı kitabı və xəritəni muzeyə verməkdən imtina edir və xəritəni araşdırmaq üçün Yel Universitetinə təqdim edir. Yel Universiteti üç alimini xəritəni araşdırmaq və bu barədə kitab yazmaları üçün ayırır. Alimlər uzun müddət araşdırma aparır və kitabın yazılması ilə məşğul olurlar. İctimai dairələrdən xəritə haqqında olan məlumatlar gizlədilir. Kitab bir neçə aya yekunlaşır və universitetinin adından nəşrə bıraxılır.Washburn, Wilcomb E. (1971). Proceedings of the Vinland Map Conference. Chicago, IL: University of Chicago Press.

Xəritənin saxta olması barədə olan iddialar Alimlərin hamısı xəritəni XV əsrə aid etmir. Xəritənin saxta olması ilə bağlı bir sıra mühüm iddialar vardır. İddiaların əsasını xəritənin sonradan yazılması və ya üzərinə bəzi ciddi əlavələrin edilməsi təşkil edir. İddiaların sayı çox olsa da, beş iddia daha çox məşhurluq qazanmışdır. İddialara baxmayaraq xəritə 25 milyon dollara dəyərləndirilmişdir..

Xəritədə ən çox Qrenlandiyanın təsviri diqqəti cəlb edir. Qrenlandiya dəqiq şəkildə təsvir edilmişdir. Ərazinin ada kimi göstərilməsinə baxmayaraq, Norveç tamamilə yanlış formada göstərilmişdir. XV əsrdə Qrenlandiya Norveçə tabe idi. Norveçlilər Qrelandiya adlı geniş buzlu ərazinin olduğundan xəbərdarılar. Lakin onun ada olub, olmaması dəqiq bilinmirdi. Bunun səbəbi Qrenlandiyanın çox böyük olması və onun şimal hissəsinə Norveç gəmilərinin üzə bilməməsi idi. Belə olan halda ərazinin şimal hissələrinin dəqiq təsvir edilməsi, xəritəyə sonradan əlavələrin edilməsini təsiqləyir.XX əsrə qədər Qrenlandiya tamam olaraq dövrə vurulmamışdır XV əsrə aid digər xəritələrin heç birində Honolulu, Saxalin və Hokkaydo kimi adalar göstərilməmişdir. Bunun ən önəmli səbəbi, həmin adaların geniş tətqiq edilməməsi olmuşdur. Vinland xəritəsində isə həmin adaların yeri dəqiqliklə göstərilmişdir. Xəritədə işarələrin adları latınca göstərilmişdir. Xəritədə olan yazı stili VXII əsr yazı stili ilə oxşarlıq təşkil edir. Bir sıra alimlər XV əsrdə xəritədə istifadə olunan stildən hələ istifadə edilmədiyini bildirilər. Digər tərəfdən xəritədə yazılmış æ hərfi XV əsrdə mövcud olmamışdır. Xəritədə göstərilən yer adları və onların izahları ayrı-ayrı qələmlər ilə yazılmışdır. Britaniya muzeyinin bu səbəbdən xəritəni saxta hesab edərək qəbul etməməsi iddia olunur. Xəritənin çəkildiyi kətan parcanın 1423–1445-ci illər arasında hazırlandığı aparılan ekspertiza araşdırmalarından sonra məlum olmuşdur. Ancaq xəritə üzərində bəzi xəttlərin yenidən çəkildiyi və bəzi yerlərdə istifadə olunan mürəkkəbin 150 il əvvələ aid olduğu sübut edilmişdir..

İstinadlar

Kateqoriya:Xəritələr