Kral Şir () — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmi. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur.

Məzmun

Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır. Vicdan əzabı çəkən Simba uzaq yollara düşür. Meşədə yoldaş olduğu Timon və Pumba sayəsində "Hakuna Matata" (suahili dilində: Qayğısız yaşamaq) fəlsəfəsini öyrənir və dərdsiz, qayğısız bir həyat tərzi olan bu fəlsəfəni qəbul edir.

Artıq bir neçə müddət keçmiş, Simba böyümüşdür. Əvvəllər kral Mufasanın məsləhətçisi olan Rafiki onun böyüməsini hiss etməyə başlayır. Cunqlidə Pumbanı ovlamaq istəyən köhnə yoldaşı Nala ilə qarşılaşması sayəsində məsuliyyətlərini xatırlayır və həyat zəncirindəki yerini almaq üçün dərhal bir qərar verməsi lazım olduğunu başa düşür. Nala Simbaya Şərəf səhrasında () çoxlu bədbəxt hadisələrin baş verdiyini və taxtın Skar tərəfindən ələ keçirməyindən danışır.

Simba özünü atasının ölümündə günahkarlıq olduğunu zənn edir. Lakin Rafiki onu atasının ruhu ilə bağlatdırır. Bu zaman Simba başa düşür ki, atasını əmisi Skar öldürmüşdür. Bu səbəbdən dostları ilə birlikdə Skarın padşahlığı üzərinə hücum edir. Onlar arasında gedən uzunmüddətli mübarizədən sonra Simba Skara qalib gəlir. Skar qayadan aşağı düşən zaman ona Kaftarlar hücum edir. Bütün pis hadisələr sona yetmişdir. Artıq taxtda Simba krallıq edir. Simba ilə Nalanın bir qız övladları dünyaya gəlir.

Mükafatlar İlMükafatKateqoriyaAdNəticə 1994LAFCA MükafatıƏn yaxşı animatorRocer Allers, Rob Minkoff Qələbə1994National Board of ReviewƏn yaxşı ailəvi filmKral Şir cizgi filmiQələbə1994Enni mükafatı Ən yaxşı orijinal musiqiHans ZimmerQələbə 1995 Oskar Mükafatı Ən yaxşı orijinal musiqiHans ZimmerQələbəƏn yaxşı orijinal musiqiElton ConNominasiyaƏn yaxşı orijinal musiqiElton Con Nominasiya 1995 MTV Film Mükafatı Ən yaxşı mənfi personajCerermi AyronsNominasiyaƏn yaxşı musiqiElton Con Nominasiya1995Kids' Choice Mükafatı Ən sevimli filmKral Şir cizgi filmiQələbə 1995 Qızıl Qlobus mükafatı Ən yaxşı orijinal musiqiHans ZimmerQələbəƏn yaxşı orijinal musiqiElton ConNominasiya 1995 Qremmi mükafatı Ən yaxşı orijinal musiqiHans ZimmerQələbəƏn yaxşı orijinal musiqiElton ConNominasiya 1995 Cavan Artist Mükafatı Ən yaxşı orijinal musiqiCeyson Uiver və Lora VilyamsQələbəƏn yaxşı orijinal musiqiConatan Teylor TomasNominasiya 1995 BAFTA MükafatıƏn yaxşı musiqiHans ZimmerNominasiyaBAFTA Film MükafatıTerri Porter, Mel Metkalfe, David Hudson, Dok Keyn Nominasiya 1995 Motion Picture Sound EditorsƏn yaxşı səs redaktəçisi: musiqiKral Şir cizgi filmiQələbəƏn yaxşı səs redaktəçisi: canlandırılmış xüsusiyyətKral Şir cizgi filmiQələbə

Prayd səhrasının sülaləsi

Maraqlı faktlar Cizgi filminin hekayəsi Vilyam Şekspirin "Hamlet" əsərindən ilhamlanmışdır. Skarın caynaqları digər personajlara nisbətən çox nəzərə çarpır. Mufasa Simbaya krallıq haqqında danışarkən ulduza baxırlar. Ulduza baxan zaman bütün ulduzlar düzülsə, "Mikki Maus"un şəkli alınır. Cizgi filminin orijinal rejissoru Corc Skribnerdir.

İstinadlar

Xarici keçidlər

Kral Şir Rusiyada Kral Şir Rəsmi sayt Müziklin Rəsmi sayt The Lion King WWW Archive

Həmçinin bax

Kateqoriya:1994-cü ilin cizgi filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Heyvanlar haqqında filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin epik filmləri Kateqoriya:ABŞ-nin musiqili dram filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Disney qalmaqalları Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:ABŞ cizgi filmləri Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:Pyeslərə adaptasiya edilmiş filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:1994-cü ilin ABŞ filmləri Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Disney klassikləri Kateqoriya:Dünya rekordçuları Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri