Xankəndi şəhər stadionu — Azərbaycanın Xankəndi şəhərində futbol stadionu.
Tarixi Stadionun 1955-ci ildə inşasına başlanılmış və 1956-cı ildə istifadəyə verilmişdir. İlk dəfə İosif Stalinin adı ilə adlandırılmışdır. Bir neçə il sonra adından İosif Stalinin adı götürülərək "Stepan Şaumyan adına mərkəzi stadion" adlandırılmışdır. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adına qayıdılmışdır.
SSRİ dövründən stadionda Qarabağ Xankəndi FK klubu ev oyunlarını keçirirdi. 2023-cü ildə Azərbaycanın nəzarəti altına qayıtmışdır. Həmin ilin oktyabrında "Qarabağ Ağdam" klubu növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilməsi haqqında Azərbaycan mətbuatında məlumat yayılmışdır. Bunun üçün ilk növbədə stadionda müəyyən bərpa işləri həyata keçirilməsi planlaşdırılmışdır.
"Xankəndi" FK qurulan vaxtdan hədəfi Xankəndi şəhər stadionuna keçmək olub. Komanda bu dövrdə Region Liqasındakı oyunlarını və II Liqanın son "6-lıq" mərhələsinin qarşılaşmalarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, II Liqanın ilk dövrəsindəki oyunlarını isə "Palms Sports Arena"nın 4-cü meydançasında keçirib. Bakıda təşkil olunan məşqlər də müxtəlif stadionlarda baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov "Bakı-Xankəndi" velosiped yarışı ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, stadionda işlər yubanır, lakin arena sentyabradək hazır olacaq.
Nəhayət, 30 iyul 2026-cı ildə "Xankəndi"nin ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəyi təsdiqlənib. Bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Xankəndidə idman Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:1956-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:1956-cı ildə SSRİ-də yarananlar Kateqoriya:Xankəndidəki binalar və tikililər Kateqoriya:Azərbaycan futbol stadionları