Rəhim Arazi (tam adı: Nəcəfov Rəhim Cəfər oğlu; ) — Dissident şair.
Həyatı Nəcəfov Rəhim Cəfər oğlu (Arazi) 1928-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun III kurs tələbəsi olarkən siyasi fəaliyyətinə görə ailəsi (anası, qardaşı və bacıları) ilə birlikdə Cənubi Azərbaycana mühacirət etmək cəhdinə görə həbs olunmuş, 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1957-ci ilə qədər Komi MSSR-da siyasi dustaqlar üçün həbs düşərgələrində saxlanılmışdır. Amnistiyaya görə həbsdən vaxtından əvvəl azad olunduqdan sonra ailəsini dolandırmaq üçün uzun müddət fəhlə, gözətçi, kankan işləmişdir.
1967-ci ildən ömrünün sonuna kimi müxtəlif məktəblərdə riyaziyyatdan dərs demişdir. 1982-ci ilin avqust ayının 19-da doğma kəndində vəfat etmişdir."Laçın yurdu" jurnalı, № 3(3), 2011, Bakı, "Elm və təhsil", 2011.
Siyasi və lirik şeirlərdən, kiçik poemalardan ibarət 4 dəftəri qalmışdır.
Oğlu Yusif Nəcəfov atasının məhbəs şeirlərini çap üçün hazırlasa da, onlardan yalnız bir neçəsi "Ulus" və "Hürriyyət" qəzetlərində işıq üzü görmüşdür.
Sabiq SSRİ-nin bir sıra dissidentləri ilə tanışlığı olan, Azərbaycan SSR məmurları tərəfindən təqib edilən, xalq tərəfindən həm anlaşılan, həm də anlaşılmayan Rəhim Arazi fərd kimi (əslində xalqı ilə birlikdə) faciəli bir ömür yaşamışdır. O, Azərbaycanda bu gün də mövcudluğunu davam etdirən saray psevdokulturasının (saxta mədəniyyətinin) kəskin və barışmaz əleyhdarı olmuşdur. Mahiyyəti nisbətən asan başa düşülən şeirlərini yeni nəsil oxucularının öhdəsinə buraxırıq. Qoy şeirləri müəllif haqqında danışsın.
İstinadlar
Kateqoriya:Azərbaycan dissidentləri Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər