thumb|Heydər Hüseynov Fəlsəfə şöbəsinin tələbələri arasında akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov (ikinci sırada soldan dördüncü) və b.|right|300x300px

Məqsəd Səttarov () — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).

Həyatı Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur.

Əmək fəaliyyəti Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Aka­de­­miyası Fəlsəfə və Hüquq İnsti­tutunda şö­bə müdiri və Azərbaycan EA Fəlsəfə ka­fed­ra­sının müdiri vəzi­fələrində çalışıb.

Elmi fəaliyyəti Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə dokto­ru, 1964-cü il­də elmlər doktoru disser­tasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akade­mi­ya­sının müxbir üzvü seçilib.

Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həm­çinin ictimai şüu­run inkişaf qanunauyğunluqları isti­qa­mət­lərini əhatə edib. Azərbaycanın mə­nə­vi-mədəni həyatında islamın yeri və rolu, Azər­­baycanda ateist fikir kimi məsələləri, ic­timai şüurun strukturu və onun ün­sür­lə­ri­nin qarşı­lıq­lı təsiri, ictimai şüurun yeni­ləş­di­ril­məsi və sağlamlaş­dırıl­ması yollarını araş­dırıb.

Məqsəd Səttarov 10 monoqrafiya, 4 ki­tab, 21 kitabça və 60-a yaxın məqa­lənin mü­əl­­lifidir. Həmçinin bir sıra elmi nəşrlərin re­daksiya heyətinin üzvü olub. Alimin fəlsəfə üzrə yüksək ixtisaslı kadr­­ların hazırlanmasında böyük xidmətləri olub. Onun rəh­bərliyi altında 30-dan çox elmlər namizədi və elm­lər doktoru dis­ser­tasiya müdafiə edib.

Kitabları N. Nərimanov və din. Bakı, 1995 İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000

Ölümü Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.

Təltif və mükafatları Məqsəd Səttarov Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.

İstinadlar

Ədəbiyyat Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291

Xarici keçidlər

Dini ayinlər və xalq adətləri haqqında - Səttarov. Maqsud Məhəmmədəli oğlu

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Kateqoriya:XX əsr Azərbaycan filosofları Kateqoriya:XXI əsr Azərbaycan filosofları