Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi () — İranın ilk jurnalistlərindən biri, diplomat.
Həyatı
Hacı Mirzə Cabbar Səfərəli oğlu Təzkirəçi 1826-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Tağı xan Əmir Kəbirin yanında işə düzəlmişdi. Təzkirəçi kimi tanınmışdı.
Tehranda ilk mətbələrdən birini Mirzə Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi.
Mirzə Cabbar Təzkirəçi xarici ölkələrdə diplomat kimi çalışmışdı. İranda ilk rəsmi mətbu orqan olan "Ruznameyi-vəqayeyi-ittifaqiyə"nin redaktoru olmuşdu. Rəsmi nəşrlər üçün Avropa qəzetlərindən tərəqqi ilə bağlı yazıları tərcümə etmişdi. O, «Bütün İranda ilk publisist və nəşriyyatçılardan olmuşdu».Cənubi Azərbaycan tarixinin oçerki. Bakı, 1985.
Ailəsi
Mirzə Cabbarın Cavad xan, Murtuza xan adlı oğlanları vardı.
Mənbə
Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
İstinadlar
Həmçinin bax
Mirzə Cavad xan Sədəddövlə
Xarici keçidlər
Mirzə Cabbar Nazimülmühüm
Kateqoriya:İran jurnalistləri Kateqoriya:İran diplomatları Kateqoriya:Xoyda doğulanlar