Məzmun Film-portretdir. Bu film Azərbaycan xalq yazıçısı, alovlu publisist, ictimai xadim Mehdi Hüseynin həyat və fəaliyyətinə həsr olunmuşdur. Filmdə yazıçının doğulduğu və boya-başa çatdığı, gəzib dolaşdığı yerlər-kənd evi, oxuduğu məktəb, Kür sahili, Qarayazı meşəsi, Qazax seminariyası, Molla Vəli Vidadinin qəbri öz əksini tapmışdır. Buraya yazıçının əsərləri əsasında çəkilmiş "Səhər", "Qara daşlar" bədii filmlərindən fraqmentlər verilmiş, yazıçını masa arxasında işləyərkən, kəndlərdə əməkçilərlə görüşərkən, ov zamanı təsvir edən xronikal kinokadrlardan da istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Musa Bağırov Ssenari müəllifi: İsmayıl Şıxlı Operator: Oqtay Əlizadə, Aydın Axundov Musiqi tərtibatı: S.Əliyev Səs operatoru: İsgəndər Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 170.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Mehdi Hüseyn haqqında filmlər Kateqoriya:1969-cu ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli televiziya filmləri Kateqoriya:Ağ-qara filmlər