Abdullayev Vaqif İdris oğlu () — siyasi elmlər doktoru, professor, Beyləqan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Xızı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sabiq Siyasi Şura üzvü.
Həyatı Vaqif Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur.
1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır.
2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir.
Ailəlidir, 5 övladı, 12 nəvəsi var.
Siyasi fəaliyyəti 1992–1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri, 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.
24 sentyabr 2001-ci ildə 24 saylı Nərimanov Birinci seçki dairəsi üzrə deputat seçilmiş.Seçki nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası üzvü Vaqif Abdullayev Azərbaycan Respublikasının Milli Məclisinin II çağırış deputatı seçilmişdir. O, 13 may 2003-cü ildə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Vaqif Abdullayev 2 aprel 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2076 nömrəli sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 10 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2135 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Vaqif Abdullayev 10 aprel 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2136 sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 5 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 524 nömrəli sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir..
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Mükafatları Vaqif Abdullayev 15 oktyabr 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin 1453 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Əsərləri Əsərləri rus, ingilis, latış, gürcü, ukrayna dillərinə tərcümə olunmuşdur. Millət ideyası: siyasi aspekt-Bakı 1998 O, böyük siyasətə hazırdır-Bakı 1999 Azərbaycan yeni diplomatiya məkanında-Bakı 2000 Müstəqilliyimizin strategiyası-Bakı 2002 Sülh və sabitlik Prezidenti-Bakı 2004 Planetar təfəkkürlü lider-Bakı 2007 Azərbaycanın Mehriban siması-Bakı 2019 Humanizmin Azərbaycan simvolu. Bakı, "Təhsil", 2021, 432 səh.
İstinadlar
Kateqoriya:Xızı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Beyləqan Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Ermənistandan deportasiya olunmuş azərbaycanlılar Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimləri Kateqoriya:Siyasi elmlər doktorları