Professor DementorÜmumi məlumatlarAdı: Professor DementorOrijinal adı: Yaradıcı: Mark MakKorkl və Bob Şuliİlk görünüş: "Kişi Ron"Yarandığı il: 23 aprel 2005Səsləndirən: Patton OsvaltXüsusiyyətləriAilə: Anası (adı deyilmir), Hayldeqard (bacısı), Mayron (bacanağı)Cins: KişiSaçının rəngi: QəhvəyiGözünün rəngi: QaraDərinin rəngi: Açıq narıncıBoyu: BilinmirÇəkisi: BilinmirDostları: Həkim Drakken, ŞiqoDüşmənləri: Kim Possibl, Ron Stoppabl, Rufus, Monik, Ueyd LoadGücü: Xüsusi sehrli gücü yoxdurLəqəbləri: ProfessorGörünüş: Buğaya bənzəyirVətəndaşlıq: ABŞMəşğuliyyəti: Dünyanı ələ keçirməyə çalışan alimlərdən biridirDünya: Pis Professor Dementor Demenz () – "Kim Possibl" serialının düşmən personajlarından biridir.
Xarakteristika Dementor məşhur alim və Həkim Drakkenin ən böyük düşmənidir. Dementor, Hench Co.-dan pulla aldığı xüsusi vəzifəliləri və dünyaya zərər vurmaq üçün tapdığı icadları sayəsində dünyanı ələ keçirməyə çalışır. Dementorun 40 yaşı vardır. Onun üzündə həmişə maska olur. Paltarı da bütün seriyalarda qırmızı olur. Dementorun soyadı Demenzdir. Soyadı düşüncə pozğunluğu xəstəliyinə verilən "Demans" adına bənzəyir. Dementor və Drakken bir-birlərinə rəqibdirlər. Bu iki personaj dünyanı ələ keçirməyə şalışır. Lakin həmişə onların planları Kim Possibl tərəfindən pozulur. Bu səbəbdən, onların əsas rəqibləri Kim Possibl sayılır. Dementorun icadları arasında "Teleportasiya Modulyatoru", "Yapışdırıcı Top" (güclü bir molekulyar yapışdırıcı) kimi qurğular var.
Xarici keçidlər Professor Dementor Kimpossible.wikia.com
Kateqoriya:Cizgi personajlar Kateqoriya:Kim Possibl
en:List of Kim Possible characters#Professor Dementor Kateqoriya:Uydurma professorlar