Zəkəriyyə əl-Ənsari (; ) — Misir tarixçisi, alimi.
Həyatı
Adı və nəsəbi O, Zeynəddin Zəkəriyya ibn Məhəmməd ibn Zəkəriyya əl-Ənsari əs-Süneyki əl-Əzhəri əş-Şafiidir. Künyəsi Əbu Yəhyadır. Misirdəki Süneykə deyilən bölgəyə nisbətlə ona əs-Süneyki deyilir.
Doğum tarixi, təhsili və vəfatı O, hicri 823 və ya 824-cü ildə Süneykədə anadan olmuşdur. Bəziləri də hicri 826-cı ildə doğulduğunu deyir. Süneykədə kiçik yaşda Quranı əzbərləyir, fiqhi elmlərə sahib olur. Sonra 841-ci ildə Əzhar Universitetinə daxil olur. Orada bir çox mətnləri əzbərləyir. Bundan başqa Zəkəriyya əl-Ənsari bir çox alim və məşəyixdən dərs alır. Elm dənizi insanlar arasında püxtələşir. Onlar arasında Zeynəddin Əbu Nəim Rizvan ibn Məhəmməd ibn Yusif əl-Uqəbi əş-Şafii də var. Ona Quranı yeddi mütəvatir qiraət üzərə oxuyur. Bundan başqa əş-Şafinin "Müsnəd"in Müslimin səhihini də ona dinlədir. Eləcə də Nəsainin "Sünənus-Süğra"sını dinlədir. Eləcə də Hafiz ibn Həcər əl-Əsqəlanidən də dərs alır. İbnu Həcər ona dərs verməsi üçün bəzi icazətlər də verir. Həmçinin Əbdürrəhman ibn Məhəmməd əz-Zərkəşi əl-Hənbəlidən də faydalanmışdır.
Zəkəriyya əl-Ənsari hicri 926-cı ildə Zilhiccə ayında 103 yaşında vəfat etmiş və böyük bir qalabalıqla cənazəsi müşayiət edilmişdir.
Müəllimləri Zəkəriyya əl-Ənsari bir çox alimdən dərs almışdır. Acizanə araşdirmam nəticəsində şeyxlərindən otuzdan yuxarı şeyxin ismini gördüm. Biz yenə ixtisar yolunu tutaraq bir qismini qeyd edirik. Zeynəddin Əbu Nəim Rizvan ibn Məhəmməd ibn Yusif əl-Uqəbi əş-Şafii. Quranı yeddi qiraət ilə bu şeyxə oxumuş eləcə də Müslimin "Səhih"ini əş-Şafinin "Müsnəd"ini Nəsainin "Sünənus-Suğra" əsərini də ona dinlədir. İmam əl-Əzhər Nurəddin əl-Məxzumi. Bu alimə də yeddi qiraət üzərə Quran oxuyur. İbn Həcər əl-Əsqəlani. Ondan dərs verməsi üçün bir neçə icazətlər də almışdır. Əbdürrəhman ibn Məhəmməd əl-Qahiri əl-Hənbəli. Əl-Kəfici əl-Hənəfi. Cəlaləddin əl-Məhəlli əş-Şafii (Cəlaleyn təfsirinin iki müəllifindən biri. Digəri isə Cəlaləddin Süyutidir. Hər ikisi şafiidir). Şəhabəddin ibnül-Məcdi əş-Şafii. Əl-Bəlqini. İbn əl-Fərrat. Şəmsəddin Məhəmməd ibn Məhəmməd ibn Əhməd əl-Hicazi və başqa bir çox alimlər.
Tələbələri Bu alimin fəzilətini anlamaq üçün yetişdirdiyi tələbələrə baxmaq yetərlidir. Onlardan bəziləri bu sadalayacağımız zatlardır. Saleh Nuruddin ən-Nəsəfi (oğlu). İbn Həcər əl-Heytəmi əş-Şafii. Şəhabəddin ər-Rəmli əş-Şafii. Şəmsəddin ər-Rəmli əş-Şafii (Şeyx Şəhabəddinin oğlu). Tacəddin əd-Dəncihi əş-Şafii. Şəmsəddin ibn Əbdürrəhman əl-Kafarsusi əş-Şafii. Məhəmməd ibn Məhəmməd ibn Əli əl-Bəli. Şəhabəddin ibn Həmədə. İbn əl-Hənbəli əl-Hələbi. Bədrəddin Həsən ibn Yəhya əd-Dəməşqi əş-Şafii və başqaları.
Əsərləri Allahın bərəkəti ilə Şeyxi Zəkəriyya əl-Ənsari bir çox sahədə əsərlər qələmə almışdır. Onlardan bəziləri bunlardır. Əsnəl-Mətalib fi Şərhi-Rəvdətut-Talib (Şafii fiqhində olan "Rəvdətut-Talib" kitabının şərhidir). Əl-Qurarul-Bəhiyyə fi şərhi-Behcətil-Varədiyyə. Mənhəcut-Tülləb (Şafii fiqhinə yazılmış müxtəsər bir mətindir). Fətül-Vəhhab bi şərhi-Mənhəcut-Tülləb (Yuxardakı mətnin şərhidir). Ədəbul-Qazı alə məzhəbil-İmam əş-Şafii. İhkamud-Dəlalə alə təhririr-Risalə (Quşeyrinin risaləsinin şərhidir). Ləbbul-Üsul (İbn Subkinin "Cəmul-Cəvami"sinin müxtəsər forması). Buluğul-Ərəb bi şərhi-Şuzuriz-Zəhəb (Nəhv elmində İbn Hişamın "Şüzuruz-Zəhəb" adlı mətninə verdiyi şərhdir). Töhfətul-aliyyə fil-Xutabil-Minbəriyyə. Şərhul-bəsmələti vəl-həmdələ.
Alimlərin onun haqqında dedikləri İbn Həcər əl-Heytəmi deyir:
Süyuti deyir:
Bundan başqa elm əhlinin onun haqqındakı tərifləri olduqca çoxdur.
İstinadlar
Kateqoriya:İslam alimləri Kateqoriya:Ənsarilər Kateqoriya:Misir uzunömürlüləri Kateqoriya:Misir tarixçiləri Kateqoriya:XVI əsr tarixçiləri Kateqoriya:XV əsr tarixçiləri Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Şeyxülislamlar