Məzmun Film XVI əsr Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, dünya şöhrətli şair Məhəmməd Füzulinin vəfatının 400 illiyinə ithaf olunmuşdur.

Filmdə Hüseynqulu Sarabski, Cabbar Qaryağdıoğlu kimi böyük sənət xadimləri çıxış edir. Xüsusən unudulmaz aktyor Kazım Ziyanın ifasında şairin lirikası səslənir.

Film Vətənimizin qədim tarixi abidələrini, mənzərələrini göstərən kadrlarla başlayır. Sonra karvan gedən səhra, Kərbəla, Bağdad şəhərlərinin panoramı ekranda görünür. Füzulinin ata-babasının Azərbaycandan İraqa köçməsi, şairin Kərbəlada anadan olması və yaradıcılığı barədə diktor izahat verir.

Filmdə xalqın şairə bəslədiyi böyük sevgiyə, Bakı və Moskvada keçirilən xatirə gecələrinə, xarici qonaqların bu mərasimlərdə iştirakına geniş yer verilmişdir. Biz filmdə həmçinin şairlərin, memarların, bəstəkarların, rəssamların böyük şairə həsr etdikləri ən yaxşı əsərləri ilə də tanış oluruq.

Haqqında Azərbaycan kinosunda bir epizodla da olsa Füzulinin bədii obrazı aktyor Əli Qurbanov tərəfindən ilk dəfə olaraq bu filmdə yaradılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Süleyman Vəliyev, Niyazi Bədəlov, Boris Seytlin Operator: Seyfulla Bədəlov, Rasim Ocaqov Rəssam: Nadir Zeynalov Musiqi tərtibatı: German Krupkin Səs operatoru: İqor Popov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.

Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Məhəmməd Füzuli haqqında filmlər Kateqoriya:1958-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər