Əziz Əzizov (tam adı: Əziz İmran oğlu Əzizov; ) — Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı və fəaliyyəti Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.

1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.

1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur

2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024)

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı (1 fevral 2024)

İstinadlar

Kateqoriya:Beyləqan Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Suraxanı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Yasamal Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Cəlilabad Rayon İcra Hakimiyyətinin başçıları