Məzmun Reportaj-film bir neçə epizoddan ibarətdir. Filmdə Azərbaycanın görkəmli mədəniyyət, incəsənət və elm xadimlərindən, sənaye və kənd təsərrüfatı qabaqcıllarından ibarət nümayəndə heyətinin Monrealda Azərbaycan günündə iştirak etməsi, onun şəhər meri tərəfindən qəbul olunması, Monrealda Ümumdünya sərgisinin, Azərbaycan SSR gününün təntənəli açılışı, nümayəndə heyətimizin Ottava və Toronto şəhərlərinə səfəri haqqında danışılır. Eyni zamanda yeri gəldikcə filmdə Kanadanın görməli yerləri barədə də söhbət açılır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Faiq Qasımov Operator: Faiq Qasımov Mətnin müəllifi: Yusif Vəkilov Səs operatoru: Şamil Kərimov Montaj üzrə rejissor: Musa Bağırov

Kateqoriya:1967-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər