Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.

Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.

Tarixi Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.

1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.

Nazirlər Kabinetinin statusu Azərbaycan Konstitusiyasının 114-cü maddəsi Nazirlər Kabinetinin statusu haqqındadır.

I. Azərbaycanın Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə Azərbaycanın Nazirlər Kabinetini yaradır. II. Azərbaycanın Nazirlər Kabineti Azərbaycan Prezidentinin yuxarı icra orqanıdır. III. Azərbaycanın Nazirlər Kabineti Azərbaycanın Prezidentinə tabedir və onun qarşısında cavabdehdir. IV. Azərbaycan Nazirlər Kabinetinin iş qaydasını Azərbaycanın Prezidenti müəyyənləşdirir.

Azərbaycan Konstitusiyasının 115-ci maddəsi Nazirlər Kabinetinin üzvləri haqqındadır.

Azərbaycan Nazirlər Kabinetinin tərkibinə Azərbaycanın Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Nazirlər Kabinetinin səlahiyyətləri Azərbaycan Konstitusiyasının 119-cu maddəsi Nazirlər Kabinetinin səlahiyyətləri haqqındadır.

Azərbaycan dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycanın Prezidentinə təqdim edir; Azərbaycan dövlət büdcəsinin icrasını təmin edir; maliyyə və pul siyasətinin həyata keçirilməsini təmin edir; dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir; nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir; Azərbaycan Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

Nazirlər Kabinetinin tərkibi

VəzifəVəzifəliPartiyaVəzifədədirBaş nazir və müavinləri Baş nazir Əli ƏsədovYeni Azərbaycan Partiyası 8 oktyabr 2019 Baş nazirin birinci müavini Yaqub Eyyubov 14 fevral 2003 Baş nazirin müavini Şahin Mustafayev 22 oktyabr 2019 Baş nazirin müavini Samir Şərifov Bitərəf 10 yanvar 2025 Baş nazirin müavini Teymur Musayev Bitərəf 19 oktyabr 2026Nazirlər Daxili İşlər Nazirliyi Vilayət Eyvazov Bitərəf 20 iyun 2019 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəşad İsmayılov Bitərəf 10 fevral 2026 Energetika Nazirliyi Pərviz ŞahbazovBitərəf 12 oktyabr 2017 Fövqəladə Hallar Nazirliyi Kəmaləddin Heydərov 6 fevral 2006 Ədliyyə Nazirliyi Fərid Əhmədov 27 fevral 2024 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Anar Əliyev Bitərəf 7 fevral 2025 Gənclər və İdman Nazirliyi Fərid QayıbovBitərəf 7 sentyabr 2021 İqtisadiyyat Nazirliyi Mikayıl Cabbarov 24 oktyabr 2019 Kənd Təsərrüfatı Nazirliyi Məcnun Məmmədov 14 aprel 2023Maliyyə Nazirliyi Sahil Babayev 6 fevral 2025 Mədəniyyət Nazirliyi Adil Kərimli 14 aprel 2023 Müdafiə Nazirliyi Zakir Həsənov 22 oktyabr 2013 Müdafiə Sənayesi Nazirliyi Vüqar Mustafayev 18 noyabr 2023 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rəşad Nəbiyev 11 oktyabr 2021 Səhiyyə Nazirliyi Anar Bayramov 19 oktyabr 2026 Elm və Təhsil Nazirliyi Emin Əmrullayev 27 iyul 2020 Xarici İşlər Nazirliyi Ceyhun Bayramov 16 iyul 2020Komitələrin sədrləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bahar Muradova Yeni Azərbaycan Partiyası 11 mart 2020 Diasporla İş üzrə Dövlət Komitəsi Fuad Muradov Bitərəf 24 aprel 2018 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramin Məmmədov Yeni Azərbaycan Partiyası 8 aprel 2024 Dövlət Gömrük Komitəsi Şahin Bağırov Bitərəf 14 fevral 2023 Dövlət Statistika Komitəsi Azər Mursaqulov Bitərəf 10 fevral 2026 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Anar QuliyevBitərəf 8 yanvar 2020 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Rövşən Rzayev 22 aprel 2018Xidmət rəisləri Dövlət Miqrasiya Xidməti Vüsal Hüseynov Yeni Azərbaycan Partiyası 24 aprel 2018 Dövlət Sərhəd Xidməti Elçin QuliyevBitərəf 31 iyul 2002 Dövlət Təhlükəsizliyi Xidməti Əli Nağıyev 20 iyun 2019 Xarici Kəşfiyyat Xidməti Orxan Sultanov 14 dekabr 2015 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mürsəl İbrahimov 17 aprel 2023Agentlik sədrləri Dövlət Su Ehtiyatları Agentliyi Zaur MikayılovBitərəf 30 mart 2023 Dövlət Turizm Agentliyi Fuad Nağıyev 24 aprel 2018 Qida Təhlükəsizliyi Agentliyi Qoşqar Təhməzli 24 aprel 2018İdarə rəisi Milli Arxiv İdarəsi Əsgər RəsulovBitərəf 31 iyul 2018

Tabe qurumlar

Dövlət Tərcümə Mərkəzi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda müxtəlif sahələrdə tərcümə işini mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparan dövlət qurumudur.

Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı. president.az .

Azərbaycan Respublikasının Prezidentinin 21 noyabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilib.

Terminologiya Komissiyası Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumudur.

Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.

Həmçinin bax Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Nazirlər Kabineti Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar