Timoti Dalton (; ) — Böyük Britaniya aktyoru. Daha çox Edvard Roçester və Ceyms Bond rolları ilə məşhurluq qazanmışdır.

Həyatı Timoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində doğulmuşdur. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir. Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir. Film "Edvard Roçester" rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir. 1987-ci ildə "Yaşayan gün işığı" və 1989-cu ildə "Öldürməyə lisenziya" filmlərində "Ceyms Bond" rolunu canlandırmışdır. 1994-cü ildə "Skarlett" filmində "Rett Batler" rolunu canlandırmış və "Ceyms Bond" rolunu canlandırmış filmlərdə, olduğu kimi böyük gəlir əldə etmişdir.Rubin, Steven Jay (1995). The Complete James Bond Movie

Timoti Dalton 1995-ci ildə Londonda keçirilən kinofestivalda model olan Oksana Petrova Qriqoryeva ilə tanış olur. Bu kinofestivalda Oksana Rusiyanın populyar kinorejissoru Nikita Mixalkovun tərcüməçisi idi. Bir müddət sonra onlar ailə həyatı qururlar. 7 avqust 1997-ci il tarixində onların Aleksandr adında övladı dünyaya gəlir, lakin onların evliliyi uzun müddətli olmur və bir müddət sonra boşanırlar.Hardy, Rebecca (24 February 2007). "Daniel Craig doesn't know what he's in for". Daily Mail (London). p. 16.

Filmoqrafiya İl Film Rol Qeydlər1968 Şir qışda Filip II Avqust 1970 Kromvel Şahzadə Rupert 1971 Mariya — Şotlandiya kraliçası Henri Darnli 1978–1979 Yüzillik Oliver Sekkomb miniserial1979 Aqata Polkovnik Arçibald Kristi miniserial1980 Parıltı Qordon Şahzadə Parin 1983 Ceyn Eyr Edvard Roçester miniserial1987 Yaşadan gün işığı Ceyms Bond 1989 Öldürməyə icazə Ceyms Bond 1994 Skarlett Rett Batler 1997 Kosmetoloq və bədheybət Boris Poçenko 1997 Xəbərverən DCI Rennie 2009–2010 Doktor Kim Zamanı idarə edən Rassilon 2010 Turist Baş Müfəttiş Conson 2010 Oyuncaqların hekayəsi 3 Cənab Tikan

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Britaniya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları