Şarlotta Bronte ( ) — məşhur ingilis şairə və yazıçı.
Həyatı Şarlotta Bronte 1816-cı ildə anadan olmuşdur. Üç Bronte bacılarının ən böyüyüdür. Əsərlərinin ilk ikisini "Karrer Bell" təxəllüsü ilə yayımlatmış Şarlotta, XIX əsr, Viktoriya dövrü nün ən bilinən qadın yazıçılarındandır. O, ilk dəfə 1824-cü ildə,"Clergy Daughters" adlı məktəbdə təhsil almış, lakin daha sonra əlverişsiz şəraitindən dolayı oradan ayrılaraq təhsilini "Roe Head" adlı digər bir məktəbdə davam etdirmişdir. Daha sonra 1835–1838-ci illər arasında məhz, bu məktəbdə müəllim olaraq işləmişdir. Sonraki illərdə o, müxtəlif ailələrin yanında tərbiyəçi olaraq fəaliyyət göstərmiş və 1841-ci ilə qədər bu işlə məşğul olmağa davam etmişdir. "Shirley" "Vilette" "The Professor" (vəfatı sonrası, 1857-ci ildə nəşr olunmuşdur.) kimi romanlar qələm almış yazıçı, daha çox, 1847-ci ildə nəşr edilən ilk əsəri olan "Ceyn Eyr (roman)ı" səbəbi ilə böyük nailiyyət qazanmış və Londonda təşkil edilən müxtəlif ədəbi məclislərə dəvət almışdır. Məşhur ingilis yazıçı Elizabet Qaskell ilə tanışlığı da məhz bu dəvətlər vasitəsi ilə olmuşdur. Hətta, Elizabet Qaskell daha sonra, 1857-ci nəşr olunmuş "Şarlotta Bronte Bioqrafiyası" adlı kitab da qələmə almışdır. Bacılarının ölümü səbəbi ilə tək qalmış Şarlotta, daha sonra atasının köməkçisi Artur Bell ilə ailə həyatı qurmuş, lakin evliliyindən bir il sonra, 1855-ci ildə, 38 yaşında, xəstəlikdən dolayı vəfat etmişdir. Bu zaman O yazmağı planladığı "Emma" adlı romanı üzərində çalışırdı. Bugünkü gün "Şarlotra Bronte" heç bir gücün boyunduruğu altına girmədən və səhv yola yönəlmədən, öz ayaqları üzərində duran ideal qadın xarakterini yaratdığı "Ceyn Eyr (roman)ı ilə, öz gücünün fərqində olan hər bir qadının qəlbində yaşamağa davam edir.
Əsərləri 1846: Müəllim 1846–1847: Ceyn Eyr (roman) 1848–1849: Şerli 1850–1852: Şəhərcik 1850: Emma (tamamlanmamış)
Ədəbiyyat Alexander, Christine (March 1993). "'That Kingdom of Gloo': Charlotte Brontë, the Annuals and the Gothic". Nineteenth-Century Literature 47 (4): 409–436. Fraser, Rebecca (2008). Charlotte Brontë: A Writer's Life (2 ed.). New York: Pegasus Books LLC. p. 261. ISBN 978-1-933648-88-0. Lane, Margaret (1953). The Brontë Story: a reconsideration of Mrs. Gaskell's Life of Charlotte Brontë. Miller, Lucasta (2002). The Brontë Myth. London: Vintage. ISBN 0-09-928714-5.
Kateqoriya:İngilis yazıçılar Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:Məktəb müəllimləri Kateqoriya:XIX əsrin İngiltərə romançıları Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Uydurma