Vladimir Volfoviç Jirinovski (; ) — Rusiyalı dövlət xadimi, siyasətçi, hüquqşünas, türkoloq.

Rusiya Liberal Demokrat Partiyasının qurucusu və lideri, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü. Rusiya Federasiyası Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürüb (1991, 1996, 2000, 2008, 2012).

Həyatı Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə — yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə — rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürmüşdür. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil almışdır. 1965–1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini almışdır. 1972–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil almışdır.

Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşmış və o, xəstəxanaya yerləşdirilmişdi. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirnovski, tibbi cihazlara bağlı şəkildə yaşayırdı. 6 aprel 2022-ci il tarixində Vladimir Jirnovski vəfat etdi.

Siyasi karyerası Onun siyasi karyerası daima Azərbaycana təhqirlə keçib. Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlamış və polkovnik rütbəsinə qədər qalxmışdır. 1975–1983-cü illər arasında Vladimir Jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olmuşdur. 1983–1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlamışdır.

1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının üzvü olmuşdur. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoymuşdur. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olmuşdur. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürmüşdür. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilmişdir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat olmuş və 3 çağırışda (1999–2011) sədr müavini olmuşdur.

Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürmüş və bununla da Rusiyada rekord vurmuşdur. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7,81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5,7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2,7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürmüş və 4 namizəd arasında 9,35% (6.988.510 səs) toplamış və Dmitri Medvedyev və Gennadi Züqanovun ardınca 3-cü yeri tutmuşdur. Bu Vladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.

Şəxsi həyatı 6 yanvar 1971-ci ildən ömrünün sonuna kimi Qalina Aleksandrovna Lebedeva (1949-cu il təvəllüdlü) ilə evli olub. Jirinovskinin üç övladı - iki oğlu və bir qızı var idi.

İstinadlar

Xarici keçidlər Vladimir Jirinovskinin məqalələri 1991-ci il Rusiya Dumasında çıxışı Jirinovski Bağdad barədə V.Jirinovski 2012 seçkiləri barədə

Kateqoriya:Rusiyanın dövlət xadimləri Kateqoriya:Rusiya prezidentliyinə namizədlər Kateqoriya:Rusiya Liberal Demokrat Partiyasının üzvləri Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları Kateqoriya:Aforistlər Kateqoriya:XX əsr filosofları Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları Kateqoriya:Rusiya vəkilləri Kateqoriya:SSRİ hüquqşünasları Kateqoriya:SSRİ siyasətçiləri Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:Rusiya pravoslavları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları