Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr.

Səbəbləri Quba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir.

Gedişatı Mitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar.

Nəticə 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir"R.X.Həbibovun Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 mart 2012-ci il tarixli Sərəncamı. .

İstinadlar

Xarici keçidlər Qubada başlayan xalq hərəkatı

Həmçinin bax Rauf Həbibov Vahid Əhmədov

Kateqoriya:Quba Kateqoriya:1 martdakı hadisələr Kateqoriya:2012-ci ildəki hadisələr Kateqoriya:2012-ci ildə Azərbaycan Kateqoriya:Quba üsyanları