Sadval (, ) — ləzgi xalqının azadlığı uğrunda fəaliyyətlə məşğul olan təşkilat.

Tarixi Sadval təşkilatı 1990-cı ildə Dərbənddə yaradılmışdır. Təşkilatının ilkin məqsədi Rusiyanın cənub və Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olmuşdur. Politoloq və Azərbaycanın keçmiş dövlət müşaviri Vəfa Quluzadə Sadval təşkilatının Rusiya xüsusi xidmət orqanları tərəfindən yaradıldığını iddia edirdi.

Azərbaycan təhlükəsizlik orqanlarının məlumatına görə, Ermənistan dövləti tərəfindən cəlb edilmiş Sadval təşkilatı üzvününMinorities at Risk Project, Chronology for Lezgins in Russia, 2004 (accessed 21 September 2011) 1994-cü ildə Bakı metrosunda partlayış törətməsi nəticəsində 27 nəfər həlak olmuşdur.

1990-cı illərin ortalarında Azərbaycan hakimiyyəti "Sadval"ın ölkə ərazisində fəaliyyətinin qarşısını aldı. Bakı metrosunda baş verən faciə aktına görə təşkilatın bir neçə üzvü həbs edildi.

2016-cı ildə təşkilatın aktiv üzvlərindən biri Ruslan Maqomedrəhimov Dağıstanda öldürüldü. Sadvalın rəhbəri Nazim Hacıyev də Dağıstanda 20 mart 2016-cı ildə öldürüldü. Hacıyev 1961-ci ildən etibarən ləzgilərə məxsus muxtar respublikanın qurulmasına çağırışlar edirdi. Onun ölümünün siyasi fəaliyyəti ilə ələqadər olmadığı iddia edilir. Bu hadisələrin istintaqı haqqında heç bir rəsmi xəbər verilmədi.

İstinadlar

Kateqoriya:Azərbaycanda terrorizm Kateqoriya:Azərbaycanda separatizm Kateqoriya:1990-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Sünnilik Kateqoriya:Terror təşkilatları Kateqoriya:Dağıstan tarixi