Məzmun Film kinoportret janrında çəkilmiş və planetimizin ən qocaman sakinlərindən olan Mahmud Eyvazova həsr olunmuşdur. Müəlliflər mövzunu işlərkən bu adamın uzun ömürlülüyünün obyektiv və subyektiv səbəblərini göstərməyə, qocanın həyat tərzinin səciyyəvi cəhətlərini açmağa çalışmışlar.
Lerik rayonunun sakini olan bu qoca ömrü boyu işləmiş, zəhmətlə dolanmışdır. Sonra biz onu çobanların, məktəblilərin yanında, böyük ailəsinin əhatəsində, Moskvada ÜİKTS-in (Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi) Azərbaycan pavilyonunda görürük.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Şamil Mahmudbəyov Ssenari müəllifi: Nikolay Paniyev Operator: Teyyub Axundov Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Sabir İsgəndərov
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1958-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Şamil Mahmudbəyovun filmləri