Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır.

Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.

Görüntülər

İstinadlar

Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri